Accessibility links

ABŞ prezidenti Barak Obama Konqresdə vergilərə dair razılığın təsdiq edilməsi çağırışlarını gücləndirib

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Ağ Evdə həftəlik radio müraciətini yazdırdığı zaman

ABŞ prezidenti Barak Obama Ağ Evdə həftəlik radio müraciətini yazdırdığı zaman

Razılıq təsdiq edilsə, yanvar ayının 1-dən amerikalılar üçün vergilərin artırılmasının qarşısı alınır.

ABŞ prezidenti Barak Obama respublikaçı liderlərlə vergilərin ixtisarına dair razılığın təsdiq edilməsi üçün Konqresə ünvanladığı çağırışlarını gücləndirib. Razılıq təsdiq edilsə, yanvar ayının 1-dən amerikalılar üçün vergilərin artırılmasının qarşısı alınır. Bu gün ABŞ prezidentinin radio və internetdə yayımlanan həftəlik müraciətində o deyib ki, plan orta sinfə məxsus ailələrə kömək edəcək, bununla yanaşı işsizlərə 13 aya qədər müavinətlərin ödənməsinə yardım edəcək. Respublikaçıların həftəlik müraciətində Cənubi Dakot ştatından respublikaçı nümayəndə Kristi Noem deyib ki, bu, xırda bizneslər üçün yaxşı plandır. Noem həmçinin prezident Obamanın yanvarın birində vergi artımının qarşısını almaq səylərini alqışlayıb.

XS
SM
MD
LG