Accessibility links

Paris, Beyrut və Tunisdə İslam Dövləti ekstremist qrupun məsuliyyətini öz üzərinə götürdüyü hücumlarından sonra prezident Barak Obama Şükranlıq bayramı həftə sonu ABŞ-a qarşı ciddi terror təhlükəsinin mövcud olmadığını deyib.

“Biz hazırda ölkədə hücumla bağlı spesifik və əsaslı kəşfiyyat məlumatına malik deyilik”-dəyə o bildirib.

Amerika xalqına altı dəqiqəlik müraciətində prezident Obama deyib ki, ABŞ-ın əks-terror, hərbi, kəşfiyyat və hüquq-mühafizə orqanlarının rəsmiləri ölkənin daxilində və xaricdə təhlükələrə davamlı olaraq nəzarət edir.

ABŞ lideri spesifik və əsaslı təhlükə olduğu halda ictimaiyyətin məlumatlandırılacağını və insanların ayıq olmalı olduğunu deyib.

Prezident Obama milli təhlükəsizlik komandası ilə ölkədə təhlükəsizliyin durumunu müzakirə etdikdən sonra danışıb.

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Ceh Conson, Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi və ABŞ-ın Baş prokuroru Loretta Linçlə bir yerdə duran Amerika lideri İslam Dövləti qrupuna qarşı mübarizədə inkişafı qeyd edib.

Şükranlıq bayramı həftə sonu milyonlarla amerikalı ailə üzvlərilə bir yerdə vaxt keçirmək üçün səfər edir. ABŞ paytaxtında və ətraf ştatlarda dəmir yolu stansiyaları və hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Show comments

XS
SM
MD
LG