Accessibility links

ABŞ prezidenti Barak Obama deyib ki, iqlim dəyişikliyi dövrümüzün ən böyük sınaqlarından biridir, lakin Amerika bu sınaq qarşısında möhkəm dayanır.

"Bu gün külək və günəş enerjisi kimi təmiz enerji mənbələri bu gün bir çox icmalarda adi enerji mənbələrindən daha ucuzdur"-deyə prezident Obama Amerika xalqına həftəlik müraciətində bildirib.

Prezident Obama deyib ki, son yeddi ildə ölkədə təmiz enerji mənbələrinə tarixdə ən böyük investisiyalar edilmiş və bunun nəticəsində özəl seçtorda şirkətlər on minlərlə iş yeri yarada bilmişlər.

Obamanın bildirdiyinə görə, bu inkişafın davam etdirilməsi üçün "keçmişə deyil, gələcəyə investisiya edilməlidir." ABŞ prezidenti deyib ki, çərşənbə axçamı günü Konqresə təqdim edəcəyi büdcə layihəsində 2020-ci ilə qədər təmiz enerji mənbələrinə dair tədqiqatlara maliyyə vəsaitinin ikiqat arıtrılması nəzərdə tutulur."

"Konqresdə respublikaçılar iqlim dəyişikliyi məsələsində öz mövqelərini nəzərdən keçirdiyi vaxt, onların çoxu başa düşür ki, təmiz enerji onların seçiciləri üçün yaxşı maaşlı iş yerlərinin yaradılmasında görünməmiş bir mənbədir"-deyə prezident Obama bildirib.

O deyib ki, bütün ölkədə insanlar təmiz enerji mənəbələrinin inkişaf etdirilməsi üçün fikir ayrılıqlarlını bir kənara qoyur. "Vaşinqton da eyni şeyi etməlidir"-deyə prezident Obama bildirib.

XS
SM
MD
LG