Accessibility links

ABŞ prezidenti səfərə siyasət planının təbliği məqsədilə çıxıb

ABŞ prezidenti Barak Obama bu həftə açıqladığı siyasət planının təbliği məqsədi ilə Viskonsin və Tennesi ştatlarına səfər edib.

Prezident səfərinə Viskonsin ştatındakı General Electric şirkətini ziyarət ertməklə start verib. Bu şirkət son beş ildə ABŞ-da ən çox yeni iş yeri açmaqla işsizlik göstəricilərinin enməsinə yardım edib.

ABŞ dövlət başçısı 2014-cü ili nailiyyət ili adlandıraraq, Amerikanın dirçəliş üçün yaxşı mövqedə olduğunu bildirib.

Tennessi ştatında prezident yuxarı sinif şagirdləri qarşısında çıxış edəcək.

Barak Obama vergi islahatları, yeni iş yerlərinin açılması, təhsil imkanları və digər məsələlərlə bağlı ideyaları ilə bölüşəcək.

ABŞ prezidentlərinin Konrqesdə illik hesabat məruzələrindən sonra səfərə çıxması ənənə halını alıb.
XS
SM
MD
LG