Accessibility links

New York Times: Obama terrorçuların məhvinə dair gizli siyahını şəxsən özü təsdiq edir

  • Amerikanın səsi

New York Times qəzetinin məlumatına görə, ABŞ prezidenti Barak Obama Əl-Qaidə üzvlərinin məhv edilməsinə dair məxfi siyahını şəxsən təsdiq edir.

Qəzetdə dərc edilmiş məqalədə deyilir ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri və keçmiş müşavirlər Obama administrasiyasının pilotsuz təyyarələrin hücumlarının hədəfi ola biləcək Əl-Qaidə üzvlərinin siyahısını hazırlayıb.

Məqalədə deyilir ki, cənab Obama pilotsuz təyyarələrin Yəmən və Somalidə, habelə Pakistanda keçirəcəyi riskli hücumları şəxsən təsdiq edir.

New York Times yazır ki, terrorçuluqda şübhəli bilinən şəxsin ailəsi ilə birlikdə olarkən belə məhv edilməsi barədə qərarı da məhz prezident Obama verir.

Məqalədə göstərilir ki, administrasiyanın bəzi rəsmiləri belə bir siyahının mövcudluğuna, habelə Obama administrasiyasının hərbiçilər və mülki vətəndaşlar arasında ölüm hallarının hesablanması metodlarına tənqidi reaksiya verib.

Ağ Ev məqalə ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG