Accessibility links

Obama: Zorakı ekstremizmi təbliğ edənlərin qarşısı alınmalıdır


ABŞ prezidenti Barak Obama deyib ki, hərbi güclə terrorizmi dayandırmaq mümkün olmadığı üçün dünya terror adı ilə insanları səfərbər edən və zorakı ekstremizmi təbliğ edənlərin qarşısını almalıdır.

Amerika lideri bu fikirləri Vaşinqtonda ekstremizmə qarşı mübarizə və onun qarşısının alınması məsələlərinə həsr olunmuş sammitdən öncə “Los Anjeles Times” qəzetində dərc olunmuş məqalədə söyləyib.

“Biz bilirik ki, təkcə hərbi qüvvə ilə problemi həll etmək mümkün deyil. Nə də ki biz sadəcə günahsız insanları öldürən terrorçuların kökünü kəsə bilərik. Biz həm də zorakı ekstremizə qarşı-özləri terror aktı həyar keçirməyib insanları radikallarşdıran, səfərbər edən və təhrik edən təbliğatçılar və icraçılara qarşı durmalıyıq”-deyə cənab Obama məqalədə yazıb.

Vaşinqtonda zirvə görüşü Birləşmiş Ştatlar və müttəfiqlərin İraq və Suriyada İslam Dövləti qrupunun gücləndiyi, Avstraliya, Kanada, Fransa və Danimarkada son zamanlar terror hücumların baş verdiyi vaxt keçirilir.

XS
SM
MD
LG