Accessibility links

ABŞ prezidenti ailəsi ilə bərabər qış tətilinə çıxıb.

Barak və Mişel Obamalar iki qızları ilə bərabər prezidentin doğulduğu Havay adalarına səfər edib. Barri kimi tanınan Obama uşaqlığının çox hissəsini Havayda keçirib.

Prezident istirahətini qolf oynamaq, dostları ilə vaxt keçirməklə davam etdirəcək.

Barak və Mişel Obamalar adəti üzrə Honolulu restoranlarında görünəcək.

Prezident ailəsi Kailua sahilindəki evlərində qalacaq.

Yanvarın 4-də Vaşinqtona qayıdanadək prezident ictimai tədbirlərə qatılmayacaq.

XS
SM
MD
LG