Accessibility links

ABŞ prezidenti Barak Obama bu gün Texas ştatında ötən həftə gübrə zavodunda baş verən partlayışın qurbanlarının xatirəsini yad edib.

Günün birinci yarısını Obama ABŞ-ın birinci xanımı Mişel Obama ilə Dallas şəhərində sabiq prezident Corc Buş oğul şərəfinə təsis edilən kitabxananın açılış mərasimində iştirak edib. ABŞ dövlət başçısını sabiq prezidentlər Corc Buş ata, Cimmi Karter və Bill Klinton müşayiət edib.

Amerikanın 43-cü prezidenti Corc Buş 2001-2009-cu illər ərzində ölkəni idarə edib. Onun hakimiyyəti dövründə Amerikada 3 minə yaxın insanın ölümünə səbəb olan 2001-11 sentyabr faciəsi yaşanıb. Buşun dövlət başçılığı illərində Əfqanıstan və İraq müharibələrinə start verilib, 2005-ci ildə Katrina qasırğası baş verib, ABŞ 1930-cu illərin depressiyasından sonra ilk dəfə dərin iqtisadi tənəzzüllə üzləşib.

Dünən Demokrat Partiyasının vəsait toplanması mərasimində iştirak edən Barak Obama Buş kitabxanasını ziyarət etmək istəyini dilə gətirib. O deyib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, onun sələfləri Amerikanı və onun xalqını sevir.

Daha sonra prezident Vako şəhərində keçiriləcək anım mərasiminə qatılıb. Mərasim zamanı aprelin 17-də Vest şəhərində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi anılıb.
XS
SM
MD
LG