Accessibility links

Obama: Prezidentlik Trampı məsələlərə fərqli yanaşmağa vadar edəcək 


ABŞ prezidenti APEK sammitində mətbuat konfransı keçirir
ABŞ prezidenti APEK sammitində mətbuat konfransı keçirir

ABŞ prezidenti Barak Obama Peruda Limada Asiya-Sakit okeanı ölkələrinin sammitində yekun mətbuat konfransı keçirib.

Amerika lideri ölkənin yeni seçilmiş prezidenti Donald Trampın Obamanın hakimiyyəti dövründəki siyasi təşəbbüsləri ləğv etdiyi halda müdaxilə edib-etməyəcəyi haqda sualı cavablandırıb.

Obama hakimiyyət müddətini bitirməyə hazırlaşdığını və bundan sonra birinci xanım Mişel Obama ilə istirahət etməyi, qızları ilə vaxt keçirməyi və yazmağı planlaşdırdığını deyib.

ABŞ prezidenti Barak Obama prezident seçilmiş Donald Trumpla Ağ Evdə görüş zamanı
ABŞ prezidenti Barak Obama prezident seçilmiş Donald Trumpla Ağ Evdə görüş zamanı

Obama deyib ki, prezident vəzifəsi Trampı məsələlərə fərqli baxmağa vadar edəcək. Bu o deməkdir ki, o, hakimiyyəti onun seçilməsinə kömək edən ritorika deyil, reallığı nəzərə alaraq idarə etməli olacaq.

Prezident Obama həmçinin bildirib ki, seçkidə məğlubiyyətə uğramasına baxmayaraq, Demokrat partiyasının yenidən qurulmasına ehtiyac yoxdur. Obama qeyd edib ki, amerikalıların çoxu silahlara nəzartə, səhiyyə xidmətləri və minimum əmək haqqının qaldırılması kimi məsələlərəd demokratların mövqeyini dəstəkləyir.

Rusiya və Suriya

Obama Limada APEK ölkələrinin sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, görüş zamanı Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxilədi ilə bağlı məsələnin müzakirə edilmədiyini deyib.

ABŞ prezidenti Barak Obama Peruda APEK sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb
ABŞ prezidenti Barak Obama Peruda APEK sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb

Obama Putinlə görüşün səmimi şəraitdə keçdiyini və Suriya və Ukraynada vəziyyətin müzaikirə edildiyini deyib.

ABŞ prezidenti hakimiyyət müddətinin iki ay aydan sonra başa çatmasına qədər Ukraynada sülhün bərqərar olması məqsədilə əldə edilmiş Minsk razılışmalarına əməl olunmasını görmək istədiyini bildirib.

Suriyaya gəldikdə isə Obama Hələbdə vəziyyətlə bağlı nikbin olmadığını deyib. O bildirib ki, son beş il ərzində Birləşmiş Ştatlarda Suriyaya hansı şəkildə müdaxilə edilməsi məsələsi ətrafında qızğın müzakirələr gedib.

ABŞ prezidenti deyib ki, müdaxiləyə mənəvi baxımdan bəraət qazandırmaq mümkün ola bilərdi, lakin hərbi müdaxilə üçün hüququ baza olmayıb və bu, strateji baxımdan səhv olardı.

Obama bildirib ki, ABŞ dünyada müsəlmanların daha da radikallaşmasına gətirib çıxara biləcək bəyanatlara və xüsusilə də müsəlmanların Birləşmiş Ştatlara və Avropaya gəlməsi çağırışlarına yol verməməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG