Accessibility links

Tramp Barak Obamanın onun telefon söhbətlərini izləməsinə dair sübutlar açıqlayacaq


ABŞ prezidenti Donald Tramp sabiq prezident Barak Obamanın onun Nyu-Yorkdakı baş qərargahında noyabr seçkilərindən əvvəl telefon söhbətlərini izləməsinə dair sübutlar açıqlayacağını bəyan edib.

Gələn iki həftə ərzində maraqlı faktlarla üzləşəcəksiniz

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi bildirib ki, Trampın iddiaları əsassızdır. Lakin prezidenti Fox News-a müsahibəsi zamanı administrasiyasının komitəyə əsaslı dəlillər təqdim edəcəyini deyib.

"Gələn iki həftə ərzində maraqlı faktlarla üzləşəcəksiniz" - deyə, Trump bildirib.

Konqresin həm demokrat, həm də respublikaçı liderləri Obamanın Tramp qülləsində telefonları dinləməsinə dair heç bir əsasın olmadığını deyib.

Bu iddiaları inkar edənlərdən biri də Nümayəndələr Palatasının spikeri Pol Rayandır. Onun sözlərinə görə, buna heç bir dəlil olmadığı müəyyən edilib.

Sabiq prezident Obama da Trampın iddialarını rədd edərək, bunun sadəcə yalan olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG