Accessibility links

ABŞ prezidenti Barak Obama ikigünlük avtobus turnesinə çıxıb. O, noyabr ayı seçkilərində böyük əhəmiyyət kəsb edən Pennsilvaniya və Ohayo ştatlarında kampaniyasını davam etdirir.

Ohayonun Toledo şəhərində danışan prezident deyib ki, hökuməti Amerikanın avtomobil sənayesinə ziyan vuran siyasətə görə Çinin hesab verməsini tələb edəcək.

Prezident Obama səfəri zamanı orta sinif amerikalılara dəstək verdiyini nümayiş etdirməlidir.

Rəy sorğularına görə, prezidenr respublikaçı rəqibi Mitt Romnidən cüzi fərqlə irəlidədir.

ABŞ dövlət başçısı Mitt Romninin özəl investisiya şirkətinə rəhbərlik etdiyi vaxtla bağlı sual qaldıracaq. Romninin tənqidçiləri bu kimi şirkətlərin işləri xaricə köçürdüyündən şikayətlənir.

Barak Obmanaın turnesi ABŞ Ali Məhkəməsinin onun səhiyyə islshatları planını təsdiq etməsindən bir neçə gün sonraya təsadüf edir. Plana əsasən 30 milyon sığortasız amerikalı tibbi yardımla təmin ediləcək.

Obamanın opponetləri islahatları qeyir-konstitusion adlandırır. Onların fikrincə, Konqres heç kimi tibbi slğorta almağa məcbur etməməlidir.

Məhkəmənin qərarı Barak Obamnın böyük qələbəsi və onun yenidən prezident seçilmə şanslarının artması kimi qiymətləndirilir.
XS
SM
MD
LG