Accessibility links

Barak Obamanın Twitter-də @POTUS adlı yeni səhifəsi açılıb


ABŞ prezidenti Barak Obama @POTUS adlı Twitter hesabı açdıqdan 24 saat sonra 1.6 milyon davamçı qazanıb.

Qinness Dünya Rekordunun bildirdiyinə görə, tez bir şəkildə milyon davamçı qazanan Hollivud aktyoru Robert Douni oğul olub. O, 2014-cü ilin aprel ayında 24 saat ərzində milyon davamçı əldə edən şəxs olub.
POTUS hesabında eksklyuziv şəkildə yalnız prezident yazacaq.

Barak Obama ilk qısa mesajında "Salam, Twitter! 6 il dən sonra mənə şəxsi hesab verilib" –deyə bildirilib.

Sabiq ABŞ prezidenti Bill Klinton yazıb ki, Twitter-ə xoş gəldiniz. O, bu hesab Ağ Evdə qalacaqmı?-deyə sualla Obamaya müraciət edib. Klinton prezidentlik yarışlarına qatılacaq xanımı Hillari Klintonu nəzərdə tutub.

Prezident Obama isə ona cavabında bildirib ki, yaxşı sualdır. Bəs FLOTUS-la necə, maraqlanan varmı?

FLOTUS-un açması Amerika Birləşmiş Ştatlarının Birinci Ledisidir.

Yeni hesabdan Barak Obama Amerika xalqına birbaşa müraciətlər üçün istifadə edəcək. Bu hesab onun administrasiyasının insanlarlarla onları maraqlandıran sahələrdə açıq təmasını təmin edəcək.

Prezidentin @BarackObama hesabı var idi. Bu, dünyada ən çox-53.3 milyon davamçısı olan hesabdır.

Dünya liderləri arasında Roma Papası Fransis 20 milyon davamçısı ilə üstünlük təşkil edir.

Hindistanın baş naziri Narendra Modi 10.9 milyon, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 6.1 milyon, Dubay şeyxi Şeyx Məhəmməd Bin Rəşid Əl-Məktum 4.4 milyon davamaçısı ilə ön sıralarda yer alır.

Ruanda prezidenti 942 min, Keniya prezidenti Uhuru Kenyatta 859 min davamçı ilə populyar şəxsisyyətlər arasındadır.

Britaniyanın baş naziri Devid Kameron 3.24 milyon davamçısı ilə Avropada birincilik əldə edib.

Rusiya prezidenti Vladimir Putinin isə 246 min davamçısı var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG