Accessibility links

ABŞ prezidenti Avropa səfərinə Polşadan başlayıb


ABŞ prezidenti Barak Obama Rusiyadan Ukraynanın şərqində separatçılara silah axınının qarşısını almaqda yardım etməsini və nüfuzundan istifadə edərək, yaraqlıları sülhü müdafiə etməyə çağırmasını istəyib.

Cənab Obama bu açıqlamanı Ukrayna böhranını müzakirə etmək üçün Avropanın üç ölkəsinə səfərinin ilk dayanacağı olan Polşa paytaxtı Varşavada verib.

O deyib ki, Polşa prezidenti Bronislav Komorovski Rusiyanın daha böyük təhriklərə yol verdiyi halda mümkün sanksiyalar da daxil olmaqla, Rusiyanın özü üçün daha baha başa gələcəyi fikri ilə razılaşıb.

Cənab Obama deyib ki, Ukrayna ya Avropa, ya da Rusiya kimi seçim qarşısında qalmamalıdır.

Prezident hərbi təlimlər və Qara dəniz və Baltik dənizinə daha da çox hərbi dəniz qüvvələrinin göndərilməsi də daxil olmaqla, Avropada qoşunların əvəzlənməsi səylərinə 1 milyard dollar yardım təklif edib. O, bu təşəbbüsün Amerikanın NATO müttəfiqləri qarşısında öhdəliklərinə sadiq qaldığını nümayiş etdirmək məqsədi daşıdığını deyib.
XS
SM
MD
LG