Accessibility links

Obama: Rusiyanın Kiyevin icazəsi olmadan Ukraynaya müdaxiləsi beynəlxalq qanunun pozulması olacaq


Ağ Ev bildirib ki, prezident Barak Obama Ukrayna prezidenti Petro Poroşenkoya Rusiyanın Kiyevin icazəsi olmadan Ukraynaya hər hansı müdaxiləsinin beynəlxalq qanunun pozulması olacağını deyib.

İki prezident telefon söhbəti zamanı Ukraynada vəziyyət, o cümlədən, ölkənin şərqində insanlara humanitar yardımın çatdırılması üçün Beynəlxalq Qırmızı Xaç komitəsi ilə əməkdaşlıq məsələsini müzakirə edib.

Cənab Poroşenkonun veb səhifəsində verilmiş açıqlamaya görə, Ukrayna prezidenti cənab Obamaya humanitar yardımın Beynəlxalq Qırmızı Xaç komitəsinin humayəsi altında və Qərb tərəfdaşların iştirakı ilə çatdırılacağını deyib.

XS
SM
MD
LG