Accessibility links

Obama Ukrayna xalqını müvəffəq seçki ilə təbrik edib


ABŞ prezidenti Barak Obama Ukraynada oktyabrın 26-da parlament seçkiləri ilə bağlı bəyanatında ukraynalıları müvəffəq seçki keçirilməsi münasibətilə təbrik edib. “Bəzi regionlarda mürəkkəb vəziyyətə baxmatyaraq, ölkə boyu milyonlarla ukraynalı nizamlı şəkildə və dinc şəkildə səs veriblər. Ukrayna hökumətini seçki kampaniyası və beynəlxalq monitorinq təşkilatlarının verdiyi qiymətə əsasən beynəlxalq standartlara müvafiq keçirilən seçki ilə bağlı alqışlayıram”, - deyə prezident Obama bəyanatında bildirib.

Cənab Obama həmçinin “Krımı ilhaq edən Rusiya və Ukraynanın şərqində separatçıların bir çox Ukrayna vətəndaşının seçkidə iştirak etmək və səs vermək kimi demokratik hüququndan istifadə etməsinə imkan vermədiyini” qeyd edib. Prezident Obama Rusiyanı Ukraynanın şərqində səlahiyyətli nümayəndələrin Donetsk və Luqanskda dekabrın 7-də seçicilərin öz yerli nümayəndələrini seçə bilməsinə imkan yaratmasını təmin etməyə çağırıb.

Prezident Obama Birləşmiş Ştatların “separatçıların nəzarətində olan ərazilərdə Ukrayna qanununa uyğun olmayan şəkildə və Ukrayna hökuməti ilə razılaşdırılmadan və onun səlahiyyəti olmadan keçirilən heç bir seçkini” tanımayacağını bəyan edib.

ABŞ prezidenti bazar günü keçirilmiş parlament seçkilərini Ukraynanın demokratik inkişafında mühüm tarixi mərhələ kimi qiymətləndirib. Cənab Obama Birləşmiş Ştatların Ukrayna hökumətinin demokratiyanın inkişafı yolunda lazımi islahatlar keçirdiyi müddətdə Ukrayna xalqının seçimlərini dəstəkləməyə hazır olduğunu bildirib.

“Birləşmiş Ştatlar Ukrayna ölkənin şərqində münaqişənin sülh yolu ilə həlli və Krımın qaytarılmasına çalışdıqca Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək və biz Ukrayna xalqının daha təhlükəsiz, müvəffəq və demokratik gələcək qurmaq səylərində onunla bir dayanacağıq”, - deyə ABŞ prezidenti bəyanatında bildirib.

XS
SM
MD
LG