Accessibility links

Prezident Obama Missuri ştatında tornadonun dağıtdığı Coplin şəhərindədir


A motorcade carrying President Obama passes through a devastated Joplin, Mo., neighborhood Sunday, May 29, 2011.
A motorcade carrying President Obama passes through a devastated Joplin, Mo., neighborhood Sunday, May 29, 2011.

ABŞ prezidenti Barak Obama Missuri ştatında keçən həftə fəlakətli tornadonun dağıtdığı Coplin şəhərinin sakinləri ilə görüşmək oraya səfər edib. Cənab Obama təbii fəlakət zamanı həlak olan insanların xatirə mərasimində çıxış edəcək.

Fırtına zamanı 130-dan çox insan həlak olub. Missuri ştatının rəsmiləri 44 adamın hələ də itkin düşdüyünü bildirir. Prezident Obama tornododan zərər çəkənlərlə görüşəcək və yerli və federal rəsmilərin hadisənin nəticələrinin aradan qaldırıması üçün göstərdiyi səylərini müzakirə edəcək. ABŞ prezidenti hökumətin Coplin şəhərinin bərpası üçün mümkün hər şeyi edəcəyinə söz verib.

XS
SM
MD
LG