Accessibility links

Obama və Putin Ukraynada vəziyyəti müzakirə edib


ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin iyunu 23-də telefon söhbəti zamanı Ukraynada vəziyyəti müzakirə ediblər. Ağ Ev iki lider arasında telefon söhbətinin təfərrüatları ilə bağlı açıqlama verib.

Prezident Obama Ukrayna prezidenti Petro Poroşenkonun sülh planını alqışlayıb və Rusiya və separatçıların liderlərini bu planın həyata keçirilməsi üçün Ukrayna hökuməti ilə yaxından iş aparmağa çağırıb.

Prezident Obama prezident Putini atəşkəsin şərtlərinə əməl etmək və Ukraynaya Rusiya sərhəddindən silah və başqa materialların axınını dayandırmaq üçün separaçılara təzyiq göstərməyə səsləyib. ABŞ prezidenti sözlərin əməldə tətbiq edilməli olduğunu və Birləşmiş Ştatların vəziyyət tələb etsə müttəfiqlər və tərəfdaşlarla uyğunlaşdırılmış şəkildə əlavə sanksiyalar tətbiq edə biləcəyini vurğulayıb.

Prezident Obama və prezident Putin həmçinin Suriyadan kimyəvi silahların çıxarılması prosesini və İranın nüvə proqramının dinc xarakter daşıdığına əmin olmaq üçün əhatəli həllin yolunun tapılması istiqamətində davam edən səyləri müzakirə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG