Accessibility links

Obama və Kameron deyir ki, Qəzzafi hakimiyyətdən getməlidir

  • Amerikanın səsi

Obama və Kameron deyir ki, Qəzzafi hakimiyyətdən getməlidir

Obama və Kameron deyir ki, Qəzzafi hakimiyyətdən getməlidir

ABŞ prezidenti Barak Obama və Britaniyanın Baş naziri Deyvid Kameron bildiriblər ki, Liviyada hərbi əməliyyatlar Müəmmar Qəzzafinin mülki vətəndaşlara hücumları dayandırmayana və hakimiyyətdən əl çəkməyənə qədər davam edəcək. Londonda birgə mətbuat konfransında danışan prezident Obama cənab Qəzzafiyə təzyiqlərin azalmayacağını deyib. Cənab Kameron bildirib ki, Britaniya təzyiqin artırılması üçün bütün vasitələri nəzərdən keçirir. Hər iki lider bildirib ki, məqsəd Liviya xalqının öz gələcəyini seçmək imkana malik olmasıdır. Prezident Obamanın habelə deyib ki, ABŞ və Avropa İttifaqı hökumət əleyhdarı etirazçılara hücum edən Suriya prezidenti Bəşşar əl-Əsədə də təzyiqləri artırır.

XS
SM
MD
LG