Accessibility links

ABŞ prezidenti Barak Obama boya-başa çatdığı Havay adalarında iki həftəlik istirahətdən sonra bu gün paytaxt Vaşinqtonda qayıdıb.

Cənab Obamanın Havay adalarına səfər etməsindən sonra Vaşinqtonda fərqli siyasi mühit növcuddur. ABŞ-da ara seçkilərindən sonra respublikaçılar Konqresin hər iki palatasına nəzarəti ələ alıb.

Qanunvericilərin çoxu prezidentin təşəbbüslərinin tədricən aradan qaldırılmasına hazırdır. Buraya amerikalıların əksəriyyərinin səhiyyə sığortası almasını nəzərdə tutan Obamacare adı ilə tanınan səhiyyə proqramı daxildir.

Konrqes üzvlərinin böyük hissəsi eyni zamanda, cənab Obamanın ABŞ-da sənədləri olmadan qanunsuz yaşayan mühacirlərin vətəndaşlıq ala bilməsinə yol açan yeni mühacirət siyasətinə son qoyulmasını istəyir.

Bu həftə qanunvericilər Milad və Yeni il bayramları tətilindən sonra Vaşinqtona qayıtdığı zaman prezident Obama iqtisadi siyasət kursunun əsas məqamlarını açıqlamaq üçün ABŞ-ın üç şəhərinə səfərlər edəcək. Demokratlar prezidentin iqtisadi siyasətinin Amerika iqtisadiyyatının tənəzzüldən çıxmasına kömək etdiyini bildirir.

XS
SM
MD
LG