Accessibility links

ABŞ-da Veteranlar Günüdür


Bu gün ABŞ-da Veteranlar Günüdür. Prezident Barak Obama ölkənin 22 milyon veteranının xatirəsini anıb.

Dövlət başçısı Naməlum Əsgər məzarına əklil qoyub.

Obama bu gün səhər veteranlar və onların ailə üzvlərinin qatıldığı səhər yeməyinə ev sahibliyi edib.

İllik tədbirə qatılanlar arasında İkinci Dünya Mügharibəsi veteranı, 108 yaşlı Bill Mohr da olub. Onun qızı atasının Fransada Draqun əməliyyatalrında iştrak etdiyini və Almaniyanın Daxau ölüm düşərgəsinin azad edilməsində rol oynadığını bildirib.

Amerikanın seçilən prezidenti Donald Tramp isə Veteranlar Gününü yeni administrasiyasının təşkili ilə qeyd edir.

Atəşkəs Günü 1919-cu ildə prezident Uidrou Uilson tərəfindən Birinci Dünya Müharibəsinin başa çatması şərəfinə təsis edilib. Noyabr ayının 11-də elan edilən atəşkəs saat 11-də 11-ci ayın 11-ci günü olduğu üçün prezident bu günün bayram kimi qeyd edilməsinə sərəncam verib.

ABŞ-da Atəşkəs Günü 1938-ci ildən rəsmi bayram elan edilib. 1954-cü ildə İkinci Dünya və Koreya müharibələrindən sonra bayramın adı dəyişdirilərək Veteranlar Günü elan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG