Accessibility links

ABŞ prezidenti Koreya müharibəsində həlak olmuş Amerika əsgərlərinin xatirəsini anıb

  • Amerikanın səsi

ABŞ prezidenti Koreya müharibəsində həlak olmuş Amerika əsgərlərinin xatirəsini anıb

ABŞ prezidenti Koreya müharibəsində həlak olmuş Amerika əsgərlərinin xatirəsini anıb

Prezident Barak Obama Birləşmiş Ştatlarda bu gün qeyd edilən Veteranlar günü Cənubi Koreyada ABŞ hərbi qüvvələrinin Seuldakı bazasında baş çəkib. Cənab Obama burada yerləşdirilmiş 28 000 Amerika əsgəri qarşısında çıxış edərək deyib ki, onların mövcudluğu demokratiyaya qarantiya deməkdir. Prezident Obama 60 il bundan əvvəl kommunist Şimali Koreyanın Cənubu i.ğal etdiyi zamanı başlayıb üç il sürən Koreya müharibəsi zamanı həlak olmuş ABŞ əsgərlərinin xatirəsini yad edib. O deyib ki, müharibə sülh razılşaması ilə deyil, barışıqla başa çatdı, lakin Cənubi Koreyanın çiçəklənməkdə olan demokratiyasına görə bunu qəlbə adlandırmaq olar. Cənab Obama ABŞ-ın CənubiKoreyanı müdafiə etmək missiyasından geri çəkilməyəcəyini deyib.

XS
SM
MD
LG