Accessibility links

Barak Obama virciniyalıları ona səs verməyə çağırır


ABŞ prezidenti Barak Obama əsas seçki savaş məntəqələrindən biri sayılan Virciniya ştatında seçicilərə bildirib ki, burada qazanılan zəfər onun rəqibi Mitt Romni üzərində ümummilli seçkilərdə qələbəsini müəyyən edə bilər.

Virciniya cənab Obamanın noyabrda yenidən prezident seçilməsini müəyyən edəcək azsaylı ştatlardan biridir. Belə ki, Amerikadakı prezident seçkiləri elektoral kollec sisteminə əsaslanır ki, burada hər ştatın yekun hesablamalarda öz çəkisi var.

Virciniya Beach şəhərində məktəbdə çıxış edən prezident Obama deyib: “Biz Virciniyada udanda, seçkiləri də udacağıq.”

Barak Obama viricniyalılara administrasiyasının dörd milyon iş yeri yaratdığını və orta sinif uğrunda yorulmadan mübarizə apardığını deyib.

Cənab Obama 2008-ci ildə Virciniyada rəqibi Con Makkeyni məğlub etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG