Accessibility links

Prezident Obama nəqliyyat infrastrukturunun genişlənməsinə dair qanunun təsdiqinə çağırır

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Konqresin Nümayəndələr Palatasını nəqliyyat infrstrukturunun genişlənməsinə yardım edəcək qanun layihəsini təsdq etməyə çağırıb.

Prezident Obama bunun yeni iş yerlərinin yaradılmasın və iqtisadi bərpa prosesinin gedişinə müsbət təsiri olacağını deyib.

Yollar və körpülərin bərpası, habelə tikinti sahəsində iş yerlərinin yaradılmasını nəzərdə tutan qanun layihəsi artıq Senatda təsdiq edilib.

Həftəlik müraciətində cənab Obama həmçinin enerji siyasətini müdafiə edib və ölkədə neft hasilatının son səkkiz ildə ən yüksək səviyyədə olduğunu deyib. Bununla belə, prezident Obama Konqresi külək və günəş enerjisi kimi təmiz enerji mənbələrindən istifadənin artırlımasına yardım göstərməyə çağırıb.

Respublikaçıların müraciətində Kentukki ştatından senator Mik Makkonnel cənab Obamanın iki il bundan əvvəl qəbul edilmiş səhiyyə islahatlarınn tənqid edib. Senator Makkonnel səhiyyə islahatlarını konstitusiyaya zidd adlandırıb və onların baha başa gəldiyini bildirib.

XS
SM
MD
LG