Accessibility links

"Biz Bacardıq!" - Barak Obama xalqa sonuncu dəfə müraciət etdi [Video]


Ağ Evi tərk edərək sadə vətəndaş olmasına 10 gün qalmış ABŞ prezidenti Barak Obama xalqa sonuncu dəfə müraciət edib. Prezident vida nitqində son 8 ildə administrasiyasının əldə etdiyi nailiyyətlərdən danışıb və Amerika demokratiyasının üzləşdiyi hədələr barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Barak Obama təxminən 20 il əvvəl siyasi karyerasının başladığı doğma Çikaqo şəhərində geniş kütlə tərəfindən böyük coşqunluqla qarşılandı.

Barak Obama: "Evdə olmaq gözəldir! Çox sağ olun!"

Əgər mən sizə 8 il əvvəl Amerikanın iqtisadi tənəzzüldən xilas olacağını, avtomobil sənayesini dirçəldəcəyini, tariximizdə ən uzun müddətli yeni iş yeri böhranına son qoyacağımızı, Kuba xalqı üçün yeni səhifə açılacağını, hətta bir güllə atmadan belə İranın nüvə silahı proqramının qarşısının alınacağını, 11 Sentyabr faciəsinin təşkilatçısını məhv edəcəyəmizi, həmcinslərin evliliyinə icazə veriləcəyini, əlavə 20 milyon vətəndaşımızın səhiyyə sığortası ilə təmin ediləcəyini söyləsəydim, məqsədlərimizi bir qədər yüksək tutduğumuzu düşünərdiniz.

Prezident deyib ki, ABŞ indi o, 2009-cu ildə hakimiyyətə gələndən “daha yaxşı və güclü mövqedədir”.

"Əgər mən sizə 8 il əvvəl Amerikanın iqtisadi tənəzzüldən xilas olacağını, avtomobil sənayesini dirçəldəcəyini, tariximizdə ən uzun müddətli yeni iş yeri böhranına son qoyacağımızı, Kuba xalqı üçün yeni səhifə açılacağını, hətta bir güllə atmadan belə İranın nüvə silahı proqramının qarşısının alınacağını, 11 Sentyabr faciəsinin təşkilatçısını məhv edəcəyəmizi, həmcinslərin evliliyinə icazə veriləcəyini, əlavə 20 milyon vətəndaşımızın səhiyyə sığortası ilə təmin ediləcəyini söyləsəydim, məqsədlərimizi bir qədər yüksək tutduğumuzu düşünərdiniz" - deyə Barak Obama bildirib.

Ölkədəki hazırki siyasi bölünməni etiraf edən Obama amerikalıları bir-biriləri ilə ortaq məxrəcə gəlməyə çağıraraq deyib ki, “demokratiya tam vahidlik” tələb etməsə də, “sadə həmrəylik hissi” tələb edir.

Prezident Birləşmiş Ştatların demokratiya məsələsində üzləşdiyi təhdidlər barədə xəbərdarlıq edib. O burada iqtisadi və irqi məsələlərə nəzər salıb: "Əgər bütün iqtisadi problemlər çalışqan ağ orta siniflə azlıq arasındakı mübarizə ilə çərçivələnsəydi, müxtəlif sahələrdə işləyən əməkçilər və varlılar öz anklavlarına çəkilərdi".

Ancaq hakimiyyətə gəldiyi dövrlə müqayisədə indi Amerika haqqında daha nikbin olduğunu bildirən Obama vətəndaşları demokratik proseslərdə iştiraka çağırıb.

"Sizdən xahiş edirəm ki, bizim qurucu sənədlərə inamımızdan möhkəm yapışın; o ideyalar ki, qullar və azlıqlar tərəfindən pıçıldanmışdı; o ruh ki, mühacirlər və ədalət üçün çarpışan ev sahibləri tərəfindən ifadə edilmişdi; o inanc ki, bayrağımızı xarici müharibə meydanlarından Ayın səthinədək hər yerə sancıb; o məram ki, hər bir amerikalının hələ yazılmayan hekayəsində var: Biz bacararıq. Biz Bacardıq. Bir bacaracayıq." - deyə ABŞ-ın 44-cü prezidenti tarixi şüarı ilə nitqini başa vurub.

Show comments

XS
SM
MD
LG