Accessibility links

ABŞ prezidenti Barak Obama İsrail və İordan çayının Qərb sahilinə səfərini başa çatdırır. Səfərə İsrail və Fələstin liderləri ilə danışıqlar, eləcə də hər iki tərəfi sülh səylərinin bərpasına çağırmaq daxil idi. O, bu gün axşam saatlarında İordaniyanı tərk edəcək.

Prezident Obama Fələstinlilərin prezidenti Mahmud Abbasın Milad kilsəsinə səfəri zamanı ona yoldaşlıq etmək üçün Qüdsdən Betlehemə gəlib. Xristianlar İsa peyğəmbərin bu kilsədə doğulduğuna inanır.

Amerikanın Səsinin prezidenti müşayiət edən müxbiri Den Robinsonun verdiyi məlumata görə, Barak Obama regiondakı xristianlara mesaj göndərməyi nəzərdə tutur.

Bu gün səhər prezident Qüdsdə Israilin Holokost memorialına baş çəkib.
XS
SM
MD
LG