Accessibility links

Obama yeni Amerika vətəndaşlarını salamlayır


Obama yeni Amerika vətəndaşlarını salamlayır
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Prezident Barak Obama Vaşinqtonda vətəndaşlığa qəbul mərasimində amerikalıları nifrət və fanatizmə qarşı çıxmağa çağırıb. Onun bəyanatları belə görünür, ABŞ prezident seçki kampaniyasında öndə gedən bəzi namizədlərin və başqa siyasətçilərin müsəlmanlar və mühacirət əleyhinə çıxışlarını nəzərdə tutub.

"Sizi Amerika Birləşmiş Ştatların vətəndaşı olmağınız münasibətilə təbrik edirəm."

Prezident Obama Milli Arxiv binasında keçirilən tədbirdə dünyanın 25 ölkəsindən 31 yeni vətəndaşın andiçmə mərasimində iştirak edib.

“Mühacirət bizim mənşəyimizin hekayəsidir. İki əsrdən artıqdır, bu, bizim milli xarakterimizin əsasındadır. Bu, bizim ən qədim ənənəmizdir. Bizim kim olmağımızdır.”

Yeni vətəndaşlar Braziliya, İraq, Konqo və Filippin kimi ölkələrdəndir.

Prezident Obama deyib ki, mühacirələr və qaçqınlar Amerikanı canlandırıb, onu yeniləşdiriblər.

Bu açıqlamalarda müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulmasına çağıran respublikaçı namizəd Donald Tramp və ABŞ-da yalnız Suriyadan xristian qaçqınların yerləşdirilməsini istəyən Ted Kruz kimi prezidentliyə namizədlərin mübahisəli bəyanatları nəzərdə tutulur.

Parisdə noyabr ayında terror hücumlarından və bu ayın əvvəli San Bernardinoda qətliamdan sonra Birləşmiş Ştatlar boyu müsləmanlar və mühacirət əleyhinə ritorikanın gücləndiyi müşahidə edilir.

İyirmidən çox qubernator Suriya qaçqınlarının onların ştatında yerləşdirilməsinə etiraz edərək, onların təhlükəsizliyə risk yaratdığını bildirib.

Prezident Obama bunun qorxuya əsaslanan və Amerikanın dəyərlərinə zidd bir polemika olduğunu deyib.

“Biz nifrət və fanatizmin bütün formalarına qarşı hər zaman çıxış etməliyik. İstər mühacir fermerin uşağının məsxərəyə qoyulması olsun, ya da müsəlman dükançıya qarşı hədələr, bundan asılı olmayaraq. Biz hamımız amerikalıyıq.”

Yeni vətəndaş kimi and içmiş Lorella Praeli daha geniş anlaşmaya çağırır.

“Prezidentin də bu gün dediyi kimi, bu, bizə kim olduğumuzu və bir ölkə olaraq nəyi müdafiə etdiyimizi xatırladır. Biz Amerikanı daha güclü edirik.”

Ağ Ev müsəlmanlar əleyhinə əhval-ruhiyyənin qarşısının alınması və dini tolerantlığın təşviq edilməsi məqsədilə bir sıra tədbirlər planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG