Accessibility links

ABŞ prezidenti Barak Obama Amerika əsgərlərinin Əfqanıstandan bu ilin sonuna qədər çıxarılması prosesinin yaxınlaşdığı vaxt Birləşmiş Ştatların gələcək xarici siyasət kursunun əsas istiqamətlərini açıqlayıb.

Prezident Obama yeni siyasi kursla bağlı açıqlamalarını Vest Poynt ( West Point) hərbi akademiyasının məzunları qarşısında çıxışı zamanı verib.

Bundan bir gün öncə cənab Obama prezidentlik dönəminin sona çatmasına qədər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoyulması planını açıqlayıb.

ABŞ prezidenti terrorizmin Amerika üçün əsas təhlükə olaraq qaldığını deyərək, terrorçu şəbəkələrinin sığınacaq tapmağa çalışdığı ölkələri tərəfdaşlığa çağırıb.

Cənab Obama terrorizmə qarşı mübarizə aparan ölkələrə yardım və Müdafiə nazirliyinin kəşfiyyat və xüsusi əməliyyatları üçün beş milyard dollar vəsait ayrılmasını təklif edib.

Prezident Obama Birləşmiş Ştatların NATO-dan tutmuş Beynəlxalq Valyuta Fonduna qədər beynəlxalq təşkilatlarda işinin onun dünyada ən müstəsna ölkə olaraq qaldığını göstərdiyini deyib.

ABŞ prezidenti xarici siyasət üzrə ekspertlərin onun Suriyada vətəndaş müharibəsi və Ukraynada siyasi böhrana cavabı ilə bağlı tənqidləri ilə qarşılaşır.
XS
SM
MD
LG