Accessibility links

Obama: Yunanıstanda böhran Avropa üçün başlıca məsələdir


Prezident Obama bildirib ki, amerikalılar Yunanıstanda maliyyə böhranının dünya bazarlarına təsiri ilə bağlı narahat olmamalıdlr. Cənab Obama Yunanıstan böhranı ilə bağlı açıqlamaları Braziliya prezidenti Dilma Russeflə görüşdən sonra veib. ABŞ prezidenti Avropa liderləri və Yunanıstan hökumətinin ölkənin böhrandan çıxarılmasl üçün yollar tapa biləcəyinə əmin olduğunu bildirib.

Yunanıstanda iyulun 5-də Baş nazir Aleksis Tsirpasın beynəlxalq kreditorların təklifinə cavab olaraq çağırdığı referenduma hazırlıqlar gedir. Təklif rədd edilsə, Yunanıstan avro zonasından çıxa, qəbul edilsə də isə cənab Tsirpasın hökuməti süquta uğraya bilər.

Yunanların çoxu Avropa İttifaqının valyuta zonasında qalmasına üstünlük verdiklərini bildiriblər.

“Biz bunu aydın bildirmək istəyirik, “hə” demək Yunanıstana kömək deməkdir. Ona görə yox ki biz baş verənlərlə razıyıq, bu tədbirlərlə razıyıq, ona görə ki, bizim fikrimizcə, bu, müflis olmaqdan daha yaxşıdır.”

Avropa İttifaqı liderləri rəsmi Afinanı təqaüdlərin ixtisar edilməsi və vergiləin qaldırılması kimi ölçüləri qəbul etməyə razı salmağa çalışsa da, eyni zamanda Yunanıstanda maliyyə böhranının beynəlxalq bazarlara da təsir göstərə biləcəyindən narahatdır.

ABŞ prezidenti Barak Obama amerikalıları maliyyə böhranının təsirlərinə məruz qalmayacaqlarına əmin etməyə çalışıb.

“Bu, əsas Avropanı narahat etməli olan bir məsələdir. Msələnin mahiyyəti ondan ibarətdir ki, burada olduqca çətin iqtisadi dövrdən keçmiş bir ölkə var və bu ölkə iqtisadi inkişaf yolu tapmalı və avro zonasında qalmalıdır.”

Cənab Obama bununla belə etiraf edib ki, Yunanıstan böhranını tamamilə nəzərə almamaq olmaz. O deyib ki, maliyyə bazarlarında hər hansı bir problemin həll edilə bilməsi üçün Birləşmiş Ştatlar Avropa Mərkəzi Bakı və başqa beynəlxalq maliyyə qurumları ilə bərabər iş aparır.

“Qeyri-professional nöqteyi-nəzərdən Amerikalılar üçün bu, sistemə böyük təsiri olacaq bir məsələ deyil, lakin bu, Yunan xalqı üçün çox ağrılı məsələdir və bunun Avropada inkişafa olduqca böyük təsiri ola bilər.”

Cənab Obama deyib ki, Avropa iqtisadiyyatında tənəzzül baş versə, bunun dünya iqtisadiyyatına təsiri olacaq. Prezident Obama Birləşmiş Ştatların Avropa tərəfdaşları və Yunanıstan hökumətini müzakirələri davam etdirməyə çağırdığını bildirib.

XS
SM
MD
LG