Accessibility links

Obama Əfqanıstanda ABŞ-ın hərbi rolunun genişləndirilməsi planını təsdiq edib


ABŞ prezidenti Barak Obama ABŞ hərbi qüvvələrinə Əfqanıstanda Talibana qarşı mübarizədə daha geniş rol verilməsi planını təsdiqləyib.

Bir neçə aylardır müzakirə edilən yeni plana əsasən, lazım olduğu təqdirdə Talibana qarşı hava hücumlarının arıtılması və Amerika hərbi qüvvlərinin Əfqan qüvvələri ilə tərəfdaşlığında daha geniş imkanların verilməsini nəzərdə tutur. Planda ABŞ-ın quru qüvvələrinin əməliyyatlara cəlb olunması nəzərdə tutulmayıb.

Bu qərarla beynəlxalq qüvvələrin missiyanı başa çatdıraraq, Talibana qarşı mübarizəni əfqan qüvvələrinə həvalə ediyi bir ildən çox müddət ərzində ABŞ hərbi qüvvələrinin Əfqanıstanda rolu yenidən müəyyən edilir.

Qərar eyni zamanda, ABŞ-ın Əfqanıstanda 9800 nəfərdən ibarət əsgəri qüvvəsinin sayının 5500-ə endirilməsindən altı ay öncə qəbul edilir. Prezident Obama hərbi qüvvələrin sayının 2017-ci ilədək azaldılmasına çağırıb.

Son aylar Əfqanıstanda Taliban üsyançılarına qarşı mübarizə intensivləşdirilb. BMT 2015-ci ildə 3545 əfqan vətəndaşının öldürüldüyün, 7457-dən çox insanın yaralandığını bildirib. Onların çoxunn Taliban tərəfindən öldürüldüyü deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG