Accessibility links

Obama müsəlman amerikalılara: "Biz bir ailəyik" [VİDEO]


Prezident Obama Baltimorda məscidi ziyarət edib
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Prezident Barak Obama hakimiyyətdə olduğu müddətdə Amerikada ilk dəfə məscidi ziyarət edərək, Baltimor şəhərinin İslam Cəmiyyətində müsəlman icmasının üzvləri ilə görüşüb. O, müsəlman amerikalılara cəmiyyətə verdiyi töhfələrə görə təşəkkürünü bildirib və eyni zamanda, amerikalıları insanların irqinə və dininə görə hədəf alındığı siyasəti rədd etməyə çağırıb. Sadə mesajında prezident Obama müsəlmanların böyük Amerika ailəsinin ayrılmaz hissəsi olduğunu qeyd edib.

“Biz bir Amerika ailəsiyik və bizim ailəmizin bir hissəsi özünü təcrid olunmuş, ikinci dərəcəli, ya da hədəf alındığı kimi hiss edəndə bu, ölkəmizin əsaslarını dağıtmış olur.”

Obama Baltimorda İslam Cəmiyyətində keçirilən toplantıda Parisdə və San Bernardinoda terror hücumlarından sonra müsəlman amerikalılara qarşı düşmənçilik əhval-ruhiyyəsindən narahat oduğunu deyib.

Baltimor məscidinin özü də hədələrlə qarşılaşıb.

Prezident Obama:”Siz insanların dəhşətli hərəkətlər və ya terror aksiyalarını bütünlüklə dini etiqadla əlaqələndirdiyinin şahidi olmusunuz. Və əlbəttə biz müsəlman amerikalılara qarşı bağışlanılmaz siyasi ritorikanı da eşitmişik.”

Respublikaçılar partiyasından prezidentliyə namizədlər arasında irəli gedən Donald Tramp müsəlman mühacirlərin Birləşmiş Ştatlara gəlişinə müvəqqəti qadağa qoyulması və müsəlmanlar haqda məlumat bazasının yaradılmasına çağırıb. Digər respublikaçı namizədlər bu fikri rədd ediblər.

Pakistanlı amerikalı Əhməd Rana və onun həyat yoldaşı Obamanın və demokrat namizəd Hillari Klintonun müsəlmanlara qarşı ayrı-seçkilik əleyhinə çıxışlarından razılıqlarını bildirib.

Əhməd Rana: “Biz ona səs vermişik. O iki dəfə seçilib və indi xüsusilə də Hillari Klinton bütün müsəlmanlara dəstək və daha çox hörmət göstərdiyini nümayiş etdirir.”

Prezident Obama ekstremist qrupların Birləşmiş Ştatlarda müsəlman icmasının üzvlərini radikallaşdırmaq cəhdlərinin qarşısının alınması üçün hökumətin müsəlman amerikalı liderlərlə əməkdaşlıq səylərindən danışıb.

“Bütün dünyada və faciəli şəkildə Boston, Çattanoqa və San Bernardinoda tətbiqini tapa bilmiş bu təhrif olunmuş düşüncə tərzi realdır. İndi bizim hamımız qarşısında dini etiqaddan bölünmə deyil, körpülər qurmaq üçün istifadə etmək kimi bir vəzifə durur.”

Təqaüdə çıxmış veterinar Ənvər Çodri prezidentin gəlişini sevinclə qarşılayıb.

“Onun istəyi, onun çıxışı adamı ruhlandırır. Biz başqa insanlara kömək etməliyik və onlar da bizə kömək etməlidir ki, ölkəmizin əsasları möhkəm olsun.”

Obama amerikalıları dini etiqad azadlığı kimi Amerika dəyərlərinə sadiq qalmağa, dözümlülük və hörmət prinsiplərinə dəstək verməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG