Accessibility links

Prezident Obama Vyetnama üç günlük səfərə başlayır


Prezident Obama Hanoy Beynəlxalq hava limanında qarşılanan zaman

Prezident Obama Hanoy Beynəlxalq hava limanında qarşılanan zaman

Amerika tarixində ən böyük fikir ayrılıqlarına səbəb olmuş müharibələrdən birinin bitməsindən 41 il vaxt keçəndən sonra ekspertlər ABŞ və Vyetnam arasında münasibətlərin ən yaxın səviyyəyə çatdığını bildirir.

ABŞ prezidentinin səfərinin əsas məqsədi Çinin regionda nüfuzunun artmasına müqavimət göstərə bilməsi üçün bri zamanlar düşmən olan Vyetnamla tərəfdaş münasibətləri qurmaqdan ibarətdir.

Obama ölkənin kommunist liderləri ilə müdafiə və iqtisadi sahələrdə ələqələri gücləndirilmək və eyni zamanda, onları insan haqlarına hörmət etməyə təşviq etmək istəyir.

Prezidentin səfərindən öncə Vaşinqtonda Obamanın bu səfərdən Hanoya qarşı müharibə dövrü ədavətin qalıqlarından biri olan silah embarqosunu geri çəkmək üçün istifadə edib-etməməsi ilə bağlı debatlar aparılıb.

ABŞ senatoru Con Makkeyn

ABŞ senatoru Con Makkeyn

Hərbi əsir

2008-ci ildə ABŞ prezidentliyinə Respublikaçılar partiyasından nominasiya edilimiş Arizona senatoru Con Makkeyn Vyetnam müharibəsi zamanı hərbi dəniz qüvvələrinin gənc pilotu olub. Onun təyyarəsi hərbi əməliyyatlar zamanı vurulub və o, beş il yarım Hanoyda müharibə əsiri kimi məhbəsdə olub, işgəncəyə məruz qalıb.

"Bizim onlara, onların da bizə ehtiyacı var və mən münasibətlərimiz üçün insan haqları sahəsində vəziyyətin düzəlməsinə ümid edərək, parlaq gələcək görürəm" Con Makkeyn

Lakin Vyetnam müharibəsinin veteranı Amerikanın Səsinə müsahibədə keçmişin acıları deyil, iki ölkə arasında əlaqələrin yaxşılaşmasının əhəmiyyətindən danışıb.

"Fikrimcə, münasibətləri normallaşdıranda iki ölkə və xalqlar arasında barışıq yaranır."

"Baxın, mənimlə məhbəsdə pis rəftar edən şəxslər olub, mən onları bir də heç vaxt görməyəcəyimə ümid edirəm. Amma bu, mənim Vyetnam xalqının gözəl bir xalq olduğu və dost olduğu haqda fikrimi dəyişmir. Bizim onlara, onların da bizə ehtiyacı var və mən münasibətlərimiz üçün insan haqları sahəsində vəziyyətin düzəlməsinə ümid edərək, parlaq gələcək görürəm"-deyə Con Makkeyn bildirib.

Con Makkeyn deyib ki, o, bu illər ərzində Vyetnama 20 dəfədən artıq səfər edib və orada dəyişiklikləri müşahidə edib.

Prezident Obamanın şəkli Vyetnamın "Gənclik" jurnalının ön səhifəsində yerləşdirilib

Prezident Obamanın şəkli Vyetnamın "Gənclik" jurnalının ön səhifəsində yerləşdirilib

Cənubi Asiyada təhlükəsizlik

Bu, ABŞ-ın Cənubi Çin dənizində gərginliyin artdığı zaman Pekinin qonşuları ilə güclü hərbi əlaqələr yaratmaq səylərinə etiraz edən Çini qəzəbinə səbəb ola bilər.

Vyetnamda insan haqları sahəsində vəziyyətin pis olması narahatlıq doğuran əsas məsələlərdən biridir. Lakin Obama administrasiyası belə görünür, Pekinə qarşı müqavimət göstərə bilməsi üçün Hanoya kömək etməyə meyllidir.

Vyetnam hökuməti bu ayın əvvəli bildirib ki, embarqonun qaldırılması qarşılıqlı etibarın yaradıldığına işarə ola bilər. Hanoy hökuməti eyni zamanda, tərəfdaşlardan silah almağın normal hal olduğunu bəyan edib.

Human Rights Watch və başqa insan haqları təşkilatları kommunist dövlətin insan hüquqları fəalları və blogerləri təqib və həbs etdiyini, söz, mətbuat və din azadlıqlarını pozduğunu bildirir.

Obamanın səfəri Vyetnamın ABŞ-la əlaqələrin yaxınlaşmasına həvəs göstərən və qonşu Çindən iqtisadi asılılığıntərəfdarı olmayan gənc əhalisi tərəfindən böyük maraqla qarşılanır.

İki ölkə arasında münasibətlərin 1995-ci ildə normallaşmasından sonra ticarət dövriyyəsi 10 dəfə artaraq hazırda 45 milyard dollar təşkil edir. Vyetnam Cənubi Asiyadan Birləşmiş Ştatlara tekstil və elektronika mallarının ən böyük ixracatçısıdır.

XS
SM
MD
LG