Accessibility links

Ağ Ev Obama və Əliyevin görüşü barədə açıqlama yayıb


Ağ Ev Obama və Əliyevin görüşü barədə açıqlama yayıb
Ağ Ev Obama və Əliyevin görüşü barədə açıqlama yayıb

Açıqlamada deyilir ki, Obama BMT-də etdiyi çıxışı kontekstində, həmkarına söyləyib ki, o ümid edir ki, Azərbaycan gənc bir demokratiya kimi demokratik islahatları həyata keçirəcək, həbsdəki iki bloggerin azadlığa buraxılması da daxil, insan hüquqlarının daha yaxşı müdafiyə olunmasını təmin edəcək.

Ağ Ev ABŞ və Azərbaycan prezidentlərinin görüşü barədə açıqlama yayıb. “Amerikanın səsi”nin əldə etdiyi Ağ Evin bu günkü açıqlamasında deyilir ki, Prezident Obama ilə prezident Aliyevin bu gün Nyu Yorkda keçirdikləri görüş zamanı iki ölkəni də maraqlandıran məsələlər və onlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün yollar müzakirə olunub.

“Amerikanın səsi”nin mətnini əldə etdiyi açıqlamada deyilir ki, Obama görüş zamanı Azərbaycanın Əfqanıstandakı koalisiyaya qüvvələrinə verdiyi töhvələrə görə minnətdarlığını bildirib. O, Qarabağ məsələsinin həlli üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətlərinə ABŞ-ın dəstəyini bir daha ifadə edərək, təmas xəttində atəşkəsin davamının əhəmiyyətini vurğulayıb. ABŞ prezidenti məsələnin, gücdən istifadə etməmək və ya gücdən istifadə ilə hədələməmək, ərazi bötövlüyü, hüquqların bərabərliyi və xalqların təyini- müqəddərat haqqı kimi Helsinki prinsipləri əsasında həll olunmasının önəmi üzərində dayanıb. İki lider regional təhlükəsizlik və davam etməkdə olan enerji əməkdaşlığını da müzakirə ediblər.

Açıqlamada qeyd edilib ki, Prezident Obama BMT-də etdiyi çıxışı kontekstində, həmkarına söyləyib ki, o ümid edir ki, Azərbaycan gənc bir demokratiya kimi demokratik islahatları həyata keçirəcək, həbsdəki iki bloggerin azadlığa buraxılması da daxil, insan hüquqlarının daha yaxşı müdafiyə olunmasını təmin edəcək. Ağ Evin açıqlamasına görə Prezident qeyd edib ki, güclü təsisatlar Azərbaycanda iqtisadi artım və sabitliyə kömək edib. İki lider də ölkələri arasında daha yaxın əlaqələri arzu etdiklərini söyləyiblər.

XS
SM
MD
LG