Accessibility links

"Obamacare" sığorta saytı fəaliyyətə başladı


ABŞ səhiyyə xərclərini ödəmək üçün sığortası olmayan milyonlarla insana daha münasib qiymətə səhiyyə sığortası təklif etməyə başlayıb.

Dünən səhərdən etibarən federal hökumət insanların münasib səhiyyə sığortalarını necə əldə etməsi barədə ətraflı məlumat verən yeni veb səhifəni ictimaiyyətə açıb. Bu sığortalar hər ştata məxsus özəl şirkətlər vasitəsilə verilir və bu, Mübadilə adlanır.

ABŞ prezidenti Barak Obama deyib ki, açılan kimi sayta bir milyondan çox insan axışıb.

Yeni sığorta planı cənab Obamanın nail olduğu Münasib Səhiyyə Aktının bir hissəsidir. Bu sənəd son 50 ildə ölkənin ən ambisiyalı islahatlarından hesab olunur.

ABŞ-da Obamacare kimi tanınan bu qanun hazırda dalana dirənmiş büdcə təsdiqi probleminin əsas səbəblərindəndir. Büdcənin dünən təsdiq edilməməsi son 17 ildə ilk dəfə ABŞ hökumətinin bağlanması ilə nəticələnib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG