Accessibility links

Ağ Evin açıqlamasına görə prezident Obama Kameron, Kral Abdullah və Ərdoğanla Misir barədə telefonda danışıb


Ağ Evin açıqlamasına görə prezident Obama Kameron, Kral Abdullah və Ərdoğanla Misir barədə telefonda danışıb

Ağ Evin açıqlamasına görə prezident Obama Kameron, Kral Abdullah və Ərdoğanla Misir barədə telefonda danışıb

Birləşmiş Ştatların prezidenti, beynəlxalq partnyorlarla əməkdaşlıq edərək maliyyə dəsdəyi təminidə daxil, misirlilərin demokratiyaya nizamlı və etibarlı keçidinə kömək üçün zəruri olan və misir xalqı tərəfindən istənilən dəsdəyin təmin olunması barədə Birləşmiş Ştatların öhdəliyini vurğulayıb

Amerikanın səsinin Xəbər Mərkəzinin son məlumatına görə şəbnə günü Ağ Ev bildirib ki, prezident Obamanın bir neçə ölkə rəhbərinə telefon edərək onlarla Misirdəki vəziyyəti müzakirə edib. Məlumatda deyilir ki, Birləşmiş Ştatlar prezidenti Böyük Britaniyanın baş naziri Kameron, İordaniya kralı Abdullah və Türkiyənin baş naziri Ərdoğanla telefonda danışıb. Amerikanın səsinin xəbər mərkəzinin məlumatına görə Prezident Obama Misir xalqının həyata keçirdiyi tarixi dəyişikliyi alqışlayıb və onların səylərinə olan heyranlığını bir daha təkid edib. O, eyni zamanda Misirdə Silahlı Qüvvələrin Ali Şurasının demokratik-mülki hökümət idarəsinə keçid arzusunu və Misirin beynəlxalq öhdəliklərinə sadiq qalınacağı barədə bəyanatını alqışlayıb. ABŞ Prezidenti demokratiyanın az yox, daha çox sabitlik gətirəcəyi barədə inamı üzərində dayanıb. Birləşmiş Ştatların prezidenti, beynəlxalq partnyorlarla əməkdaşlıq edərək maliyyə dəsdəyi təminidə daxil, misirlilərin demokratiyaya nizamlı və etibarlı keçidinə kömək üçün zəruri olan və misir xalqı tərəfindən istənilən dəsdəyin təmin olunması barədə Birləşmiş Ştatların öhdəliyini vurğulayıb. Ağ Evin məlumatında deyilir ki, prezidentin danışdığı liderlər də misir xalqının arzularına önəm verəcək bir demokratik hökumətə dinc yolla keçidinin əhəmmiyyəti üzərində və bir yerdə irəliyyə doğru addımlamaq məsələsində razılaşmışlar. Amerikanın səsinin Xəbər Mərkəzinin məlumatında yazılır ki, Prezident Obama daha dinc və firavan bir Yaxın şərqi Amerikanın bütün regional partnyorları ilə dəsdəkləmək barədə öhdəliyini bir daha təkrar edib.

XS
SM
MD
LG