Accessibility links

Prezident Obama Türkiyə baş naziri Erdoğanla telefon söhbətində Misirdəki vəziyyəti müzakirə edib


Prezident Obama Türkiyə baş naziri Erdoğanla telefon söhbətində Misirdəki vəziyyəti müzakirə edib
Prezident Obama Türkiyə baş naziri Erdoğanla telefon söhbətində Misirdəki vəziyyəti müzakirə edib

Ağ Evin verdiyi məlumatda qeyd olunur ki, iki lider Misirdəki hadisələri və misir xalqının amallarının gerçəkləşəcəyi bir gələcək barədə bölüşdükləri öhdəliklər haqqında söhbət aparıblar

Amerikanın səsinin Ağ Evdən əldə etdiyi məlumata görə, Birləşmiş Ştatların yaxın müttəfiqi Türkiyə ilə davam edən bir sıra məsləhətləşmələrin bir hissəsi olaraq, cümə günü Prezident Obama Türkiyənin baş naziri Ərdoğanla telefonda Misirdəki vəziyyəti müzakirə edib. Ağ Evin verdiyi məlumatda qeyd olunur ki, iki lider Misirdəki hadisələri və Misir xalqının amallarının gerçəkləşəcəyi bir gələcək barədə bölüşdükləri öhdəliklər haqqında söhbət aparıblar. Məlumatda qeyd edilir ki, Prezident Obama və baş nazir Ərdoğan Misirdəki hadisələrin gedişi və iki ölkəni əlaqədar edən daha geniş məsələlər haqqında Birləşmiş Ştatlar və Türkiyə arasında yaxın məsləhətləşmələrin davamı barədə həmfikirdirlər.

XS
SM
MD
LG