Accessibility links

Prezident Obama Azərbaycan və Ermənistan prezidentləri ilə telefonda danışıb

  • Bulut Mehmandarli

Prezident Obama Azərbaycan və Ermənistan prezidentləri ilə telefonda danışıb

Prezident Obama Azərbaycan və Ermənistan prezidentləri ilə telefonda danışıb

Ağ Evin açıqlamasında deyilir ki, prezident Obama ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən Fransa və Rusiyanın prezidentləri Nikolas Sarkozi və Dimitri Medvedevlə bir yerdə may ayının 26-da verdikləri bəyanatı təkidlə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri üçün məsələnin dinc yolla həlli uğrunda qətiyyətli addım atmağın vaxdı gəlib çatıb.

Kazanda, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin son günlərdə haqqında çox danışılan və yazılan görüşləri başlayıb. Qərb mətbuatı və Rusiya mətbuatı bu görüşə prezidentlərin əvvəlki görüşlərindən daha geniş yer verib. Birləşmiş Ştatlar və onun Avropalı partyorları həmçinin Avropa Birliyi, Avropa Şurası və ATƏT Kazan görüşündə baza prinsipləri barədə bir nəticənin əldə edilməsi barədə ehtiyyatlı nikbinlik içindədirlər. Beynəlxalq Böhran Qrupunun Avropa üzrə direktoru Sabina Freyzer dünən The New York Times qəzetində dərc edilən " Cənubi Qafqazda Sülh Vaxdı " başlıqlı şərhində yazır ki, prezident Medvedev Kazan görüşündə həmkarlarının baza prinsiplərini imzalamasını gözləyir. Xanım Freyzer Yazır ki, ATƏT-in Minsk qrupu məsələnin həllinin daha çox yubadılmamasını tələb edir. O, məsələyə vaxdın razılıq üçün əlverişli olması nəzərindən yanaşaraq qeydedir ki, gələn payızda regionda və Minsk qrupu ölkələrində 2012 və 2013-cü illərdə keçiriləcək seçkilər üçün seçkiqabağı kampaniyalar başlayacaq bu isə digər ölkələr üçün daha əhəmiyyətli məsələlərin önə çəkilməsinə gətirib çıxardacaq.

Xanım Freyzer The New York Times qəzetində dərc olunan məqaləsində yazır ki, 16 il əvvəl ateşkəs imzalanandan bəri Dağlıq Qarabağ məsələsi "donmuş konfliktə" çevrilsə də cəbhənin təmas xətdində davam edən qarşılıqlı snayper ateşləri nəticəsində hər il onlarla insan həlak olur.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə prezident Obama Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi barədə Kazanda keçirilən sammitdən əvvəl, dünən Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevə ayrı ayrılıqda telefon edib.

Açıqlamada deyilir ki, prezident Obama ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən Fransa və Rusiyanın prezidentləri Nikolas Sarkozi və Dimitri Medvedevlə bir yerdə may ayının 26-da verdikləri bəyanatı təkidlə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri üçün məsələnin dinc yolla həlli uğrunda qətiyyətli addım atmağın vaxdı gəlib çatıb.

Prezident Obama Azərbaycan və Ermənistan prezidentləri ilə telefonda danışıb

Prezident Obama Azərbaycan və Ermənistan prezidentləri ilə telefonda danışıb

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bu da qeydedilir ki, prezident Obama iki lideri Kazanda prezident Medvedevin vasitəçiliyi ilə keçiriləcək görüşdə baza prinsiplərini yekunlaşdırıb, təstiq etməyə çağırıb. Baza prinsipləri üzərində razılıq əldə olunandan sonra, tərəflər gücdən istifadə etməmə və ya istifadə barədə hədələr irəli sürməmə, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və öz müqəddəratlarını özlərinin təyin etməsi barədə Helsinki prinsipləri əsasında, yekun razılıq üzərində müzakirələrə başlaya bilərlər.

Prezident Obama iki ölkə liderinə də bildirib ki, indi bu konfliktin həllinin, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarına və onların övladlarına daha yaxşı bir gələcək təmin etməyin vaxdıdır. Ağ Evin açıqlamasında bu da vurğulanır ki, Birləşmiş Ştatlar iki liderin və Minsk qrupunun həmsədrlərinin regionda təhlükəsizlik və firavanlığın tərəqqisi üçün göstərdikləri mühüm cəhtləri dəsdəkləməyə davam edəcək.

XS
SM
MD
LG