Accessibility links

Obamanın Vaşinqtondakı gələcək evi [Video]


Obamanın Vaşinqtondakı gələcək evi
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Obamanın Vaşinqtondakı gələcək evi

Prezident Barak Obama gələn il vəzifədən getdiyini zaman Vaşinqtonda qalacaq və paytaxtın tarixi məhəlləsində yerləşən evə köçəcək. Qəzetlərdə Obamanın Vaşinqtonun Kalorama məhəlləsindəki gələcək evinin şəkilləri paylaşılıb. Daha öncə həmin məhəllədə digər ABŞ prezidenti də yaşayıb. Obama evə köçəndən sonra ərazidəki yollar bağlanacaq, amma hələ ki onun gələcək evinin yanında keçmək mükündür.

Fikrimcə qonşuları Obamanın gəlişinə sevinəcək. Küçəyə nəqliyyat dayandırılacaq və giriş imkanı sadəcə burada yaşayan sakinlərə veriləcək.
Stiven Hansen

Obama artıq Ağ Evdən getdikdən sora ailəsi birlikdə qalacağı evi seçib. Vəzifədən ayrıldıqdan sonra o Vaşinqtonun zəngin məhəlləsi Kaloramada böyük bir imarətə köçəcək.

Evin qiyməti təxminən 6 milyon dollardır. Amma Obama evi almaqdansa kirayədə qalacaq və hər ay ev üçün təqribən 22 min dollar ödəyəcək.

Prezident deyib ki, onun Vaşinqtonda qalmağının səbəbi kiçik qızı Saşanın oxuduğu məktəbi bitirməsini gözləməkdir.

Kalorama məhəlləsi yüksək dərəcədə prestijli və təhlükəsiz bir yer sayılır. Bunun səbəbi isə sadədir: bu ərazidə çox sayda səfirliklər, səfirlər və Vaşinqtondakı digər rəsmilərin yaşadıqları evlər yerləşir.

Yerli sakinlər polis və gizli xidmət orqanlarının əməkdaşlarının orada olmasına artıq öyrəşiblər. Məhəllə tarixçisi Stiven Hansen deyir ki, Obamanın ailəsinin gəlişi ilə bu ərazi daha da təhlükəsiz olacaq.“Fikrimcə qonşuları Obamanın gəlişinə sevinəcək. Küçəyə nəqliyyat dayandırılacaq və giriş imkanı sadəcə burada yaşayan sakinlərə veriləcək. Təhlükəsizlik tədbirləri artırılacaq. Bu isə o deməkdir ki, sakinlərin gecələr siqnalizasiya sistemlərini yandırmalarına ehityac qalmayacaq, çünki məhəllə qorunacaq. Nəhayət, bu, onların əmlaklarının dəyərini artıracaq," deyə o bildirir.

ABŞ prezidenti Barak Obamanın vəzifədən gedəndən sonra ailəsi ilə birlikdə yaşayacağı ev.
ABŞ prezidenti Barak Obamanın vəzifədən gedəndən sonra ailəsi ilə birlikdə yaşayacağı ev.

Ərazidə yaşayan Con Horan hər gün Kalorama məhəlləsində öz iti Tayqeri gəzdirir. O, Obamanın Vaşinqtonda qalmaq qərarına sevinir.

“Bunun məhəlləyə o qədər də böyük təsiri olmayacaq. Onsuzda bu məhəllədə artıq bütün dünyadan yükəsk vəzifəli rəsmilər yaşayır. Onlar artıq təhlükəsizlik qüvvələrinin burada olmasına öyrəşib və onlar bizim ictimai xidmət üçün şəxsi həyatlarını qurban verən insanlara qarşı nəzakət və biganəliyimiz anlayır,” deyə Horan bildirir.

Barak Obama prezidentlik dövrü bitəndən sonra Vaşiqtonda qalmağa qərar verən ikinci ABŞ prezidentidir. Bunu ilk edən isə Vudro Uilson olub. O da Obamanın seçdiyi məhəllədə qalıb.

Uilsonun evi indi ziyarətçilərə muzey kimi xidmət göstərir. Onun evi Obamanın gələcək evindən çox qısa məsafədə yerləşir.​

Obamanın Vaşinqtonun Kalorama məhəlləsindəki evi
Obamanın Vaşinqtonun Kalorama məhəlləsindəki evi

Robert Enholm prezident Uilsonun ev turunun bələdçisidir. Evdə Vatikandan gələn mozaikalar, Fransadan gələn divar xalçaları və Uilsonun kitabxanasında olan köhnə proyektor kimi bir sıra maraqlı əşya var.

Enholm Uilson və Obamanın ABŞ-ın paytaxtında qalmaq qərarında çoxlu oxşarlıqlar görür.

“Prezidentlərin vəzifələrini tərk edəndən sonra ölkənin paytaxtında qalmaq qərarları aktiv olaraq siyasətlə məşğul olmağa davam etmək istəklərindən irəli gəlir. Ən azından prezident Uilsonun məqsədi bu idi və məncə prezident Obama üçün də Vaşinqtonda qalmağının üstünlüyü bundan ibarətdir,” deyə Enholm bildirir.

Vaşinqtonda yaşamağa davam etməklə Obamanın aktiv olaraq siyasətlə məşğul olmaqdan başqa çarəsi qalmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG