Accessibility links

Obamanın Kuba səfərinə münasibət [Video]


Prezident Barak Obama bazar ertəsi günü televiziyada yayınmlancacaq çıxışında Kuba xalqına birbaşa müraciət edəcək.

5-6 ilə, Kubada internetə tam çıxış bərpa olunacaq, Kubanın diversifikasiya edilmiş iqtisadiyyatı olacaq və ölkədə post-Kastro dövrü yaranacaq və beləliklə, orada siyasi təkamül qaçılmaz olacaq.

Amerika prezidentinin Kuba xalqı qarşısında çıxış etməsini yaxın zamanlaradək təsəvvür etmək mümkün deyildi. Ağ Ev çıxışında Obamanın kubalılar üçün daha çox azadlıqların təmin edilməsi məsələsinə toxunacağını bildirir ki, bu da bu yaxınlaradək inanılmaz görünürdü.

Ekspertlər deyir ki, Obamanın nitqi və səfəri yeni mərhələyə daxil olan Kubada insanlara ümid mesajı göndərəcək.

“O "mən bu ölkəni hörmətlə ziyarət edirəm, bizim ideoloji fəqrlərimiz olsa da, bu, bizim ortaq məxrəcə gələ bilməyəcəyimiz demək deyil” deyir.”

Obama administrasiyası və iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunmasını dəstəkləyənlər bildirir ki, prezidentin səfərinin məqsədi bu münasibətlərin pozula bilməyəcəyinə dair işarə verməkdir.

ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro

ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro

“5-6 ilə, Kubada internetə tam çıxış bərpa olunacaq, Kubanın diversifikasiya edilmiş iqtisadiyyatı olacaq və ölkədə post-Kastro dövrü yaranacaq və beləliklə, orada siyasi təkamül qaçılmaz olacaq.”

Obamanın siyasətini sərt şəkildə tənqid edənlər də var. Onların dediyinə görə, Ağ Ev Kubaya çox güzəştə gedib, əvəzində isə heç nə almayıb. Onlar Kubada vəziyyətin dəyişməz olaraq qaldığını və repressiyaların daha da artdığını iddia edir.

“İnsanlar döyülür, Ağ Geyimli Qadınlar hər bazar günü döyülür. Prezident Obamanın səfəri isə bu rejimi dünya, Birləşmiş Ştatlar, ən əsas da yoxsul və məzlum kubalılar qarşısında legitimləşdirəcək və bu insanlar da “bəs indi bizim arxamızda kimi dayacanaq “ deyə gileylənəcək.”

Bizim qapımızım ağzında elə Çin kimi bir vəziyyət yaranacaq. Sərhədimizdən 145 kilomter uzaqlıqda kommunist diktaturası olan, faşist mafia ailəsinin idarə etdiyi bir ada ölkə var. Növbəti prezident Obamanın bu siyasətini ləğv etməsə, bu vəziyyət hələ uzun müddət belə davam edəcək.

Ağ Ev 50 ildir davam edən düşmənçiliyin heç bir nəticə vermədiyini iddia edir. Tənqiçilər isə iki ölkə arası münasibətlərdəki bu keçidin demokratiyaya aparmağacığını deyir.

“Bizim qapımızım ağzında elə Çin kimi bir vəziyyət yaranacaq. Sərhədimizdən 145 kilomter uzaqlıqda kommunist diktaturası olan, faşist mafia ailəsinin idarə etdiyi bir ada ölkə var. Növbəti prezident Obamanın bu siyasətini ləğv etməsə, bu vəziyyət hələ uzun müddət belə davam edəcək.”

Bu səbəbdən də Obama siyasətinin əleyhdarları noyabrda keçiriləcək seçkilərdə Ağ Ev uğrunda mübarizədə Respublikaçıların qalib gəlməyini istəyir, çünki onlar Kuba ilə əlaqələrin bərpa olunması siyasətinə son qoyacaqlarını vəd edib. Hələlik isə Obama administrasiyası bunun qarşısını almağa çalışır.

XS
SM
MD
LG