Accessibility links

Obamanın Kubaya səfəri bir nəticə verəcəkmi? [Video]


Obamanın Kubaya səfəri bir nəticə verəcəkmi?
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Obamanın Kubaya səfəri bir nəticə verəcəkmi?

ABŞ prezidenti Barak Obama Kubaya tarixi səfərinə başlayıb. Ötən ilədək bunun baş verəcəyi heç ağla da gəlməzdi. Vaşinqtonda isə Obamanın dünya səhnəsində siyasi irsinin formalaşdırılmasında rol oynayacaq bu səfərin mənası və əhəmiyyəti ilə bağlı fikir ayrılıqları mövcuddur.

O, Kuba xalqına müraciət edərək, azad seçki və daha liberal iqtisadi sistemin yaradılmasına çağırmalıdır.
Ceymz Keyson

Barak Obama son 88 ildə Kubaya səfər edən ilk ABŞ prezidenti oldu.

Havanada gözəçarpan həyəcan müşahidə olunurdu.

“Bu, tarixi gündür – ABŞ prezidentinin Kubaya gəlməsindən çox illər ötüb,” deyə kubalı tələbə bildirir.

“Məncə, bir sıra müsbət dəyişikliklər olacaq, Kuba iqtisadiyyatı, turizmi inkişaf edəcək və ölkəyə daxil olub, ölkəni tərk etmək imkanı yaranacaq,” Havana sakini deyir.

Obama sadə kubalılarla görüçəcək, beysbol oyununda iştirak edəcək və televiziyada yayımlanacaq çıxışında Kuba xalqına müraciət edəcək.

ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro
ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro

“O burada çox populyardır və insanlar onun deyəcəklərini çox diqqətlə dinləyəcək,” deyə Brookings İnstitutundan Ted Piccone bildirir.

Ceymz Keyson Corc Buş hakimiyyəti dövründə Havanada ABŞ-ın Maraqlarını təmsil edən şöbə, yəni de fakto səfirliyə başçılıq edib.

“O, Kuba xalqına müraciət edərək, azad seçki və daha liberal iqtisadi sistemin yaradılmasına çağırmalıdır,” deyə sabiq ABŞ diplomatı Ceymz Keyson bildirir.

Ağ Ev Obamanın elə bu barədə danışacağını bildirir.

“O, Kuba lideri ilə görüşərək ona xalqının insan haqlarını qorumaq üçün daha yaxşı işlər görməli olduğunu deyəcək,” deyə Ağ Evin sözçüsü Coş Ernest bildirir.

Əgər ABŞ höküməti, dediyi kimi, həqiqətən də Kuba xalqına kömək etmək istəyirsə, embarqonu aradan qaldırmalıdır.
Bruno Rodriqez

“Bizim Birləşmiş Ştatlarla münasibətlərimizdə Kubada daxili dəyişikliklər barədə heç bir danışıqdan söz gedə bilməz. Bu, bizim insanlar üçün suveren məsələdir və belə də qalacaq,” deyə Kuba xarici işlər naziri Bruno Rodriqez bildirib.

Kuba hökümətinin öz gündəmi var.

Bruno Rodriqez: “Əgər ABŞ höküməti, dediyi kimi, həqiqətən də Kuba xalqına kömək etmək istəyirsə, embarqonu aradan qaldırmalıdır.”

Amma ABŞ-ın on illərdir Kubaya qarşı tətbiq etdiyi embarqonu Obama tək başına aradan qaldıra bilməz.

ABŞ Nümayəndələr Palatasının spikeri Pol Rayn: “Bizim 1959-cu ildə Kastro höküməti dövrü Kubaya qarşı tətbiq etdiyimiz embarqo hələ də qüvvədədir. Prezidentin bu empbaqronu müfaviq sərəncamla aradan qaldırmaq cəhdlərinə baxmayaraq, bunu edə bilmir. Bu, dövlətin qanunudur.”

Müşahidəçilər isə səfərin təsirləri ilə bağlı müxtəlif fikirlərə malikdir.

“Bu, birmənalı olaraq soyuq müharibə dövrünün təcrid siyasəti, düşmənçilik və embarqolara son qoyub yeni konstruktiv münasibtələrin yaranma dövrünə başlamaqdır,” deyə Ted Piccone bildirir.

“Mənim şəxsi fikrim budur ki, Kastrolar həyatda olduğu müddət Kuba ilə heç bir siyasət nəticə verməyəcək. Mən həmişə yeganə həll yolunun bioloji həll olduğunu demişəm, yəni onların ölməsi,” deyə Ceymz Keyson bildirir.

Obama prezident Raul Kastro ilə görüş keçirəcək, sabiq prezident Fidel Kastro ilə isə görüşməyəcək.

Bu səfərin Amerikanın Kuba ilə əlaqələrinin möhkəmləndiriməsi yolunda atılan bir addım olduğu heç kəsdə şübhə doğurmur, amma bu yolun hara aparacağı ilə bağlı konkret bir fikir söyləmək çətindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG