Accessibility links

Çərşənbə günü ABŞ prezidenti Barak Obama Laosun paytaxtında keçirilən ictimai görüşdə Laosdan partlamamış bombaları təmziləmək məqsədilə maddi yardım vəd edib və təhsil standartlarının artırılmasına çağırıb.

Vyetnyamda Obama Vyetnam Müharibəsi zamanı kütləvi bombalama kampaniyasından sonra sağ qalan insanları müalicə ilə təmin edən Kooperativ Ortotik və Protez Sənaye Müəssisəsi adlı mərkəzi ziyarət edib.

Bombalama zamanı 80 milyon klaster sursatı partlamayıb və kəndlərin ətrafı və əkinçilik ərazilərinə düşüb, daha sonradan 20 min insanın yaralanmasına səbəb olub.

Obama deyib ki, Birləşmiş Ştatların Vyetnam Müharibəsi zamanı Laosa atılan partlamamış bombaları təmizləmək səylərinə yardım etmək üçün “dərin mənəvi və humanitar öhdəliyə sahibdir.”

Daha sonra ABŞ-ın maaliyyələşdirdiyi Gənc Cənub-Şərq Asiya Liderləri Təşəbbüsündə iştirak edən gənclərlə görüşündə Obama gənc insanların tarix boyu inkişaf və irəliləmədə əsas rol oynadıqlarını bildirib. O, ölkələrin təhsil standartlarını inkişaf etdirmələrinin və bundan təkcə oğlanların deyil, qızların da faylanmasını təmin etməyin vacibliyini vurğulayıb.

O, gənc auditoriyasına bildirib ki, indi,bəşəriyyət tarixində gənc olmaq üçün ən yaxşı zamandır.

Auditoriyadan gələn suallara cavab olaraq, Obama deyib ki, növbəti ABŞ liderinin onun başlatdığı Asiya Sakit Okean regionundakı işlərini davam etdirəcəyinə ümid edir və Konqresin Trans-Skit Okean Tərəfdaşlıq ticari razılığını təsdiq edəcəyinə inanır.

O həmçinin müxtəlif mədəniyyətlərdən insanlarla ünsiyyət qurmağın faydası kimi davamlı olaraq yeni şeylər öyrənməyin bir yolu olduğunu deyib və fərqli inanc və təcrübələrə sahib insanlara hörmət etməyin vacibliyini vurğulayıb. Prezident yanvar ayında vəzifədən getdikdən sonra da gənclərlə yeni işlər görməyə davam edəcəyini deyib.

Obama vəzifəsini icra etdiyi dövrdə Laosa səfər edən ilk ABŞ prezidentidir. Bu, onun ABŞ prezidenti kimi Asiyaya 11-ci və son səfəridir.

XS
SM
MD
LG