Accessibility links

"Obamanın mənim arxamca açıqladığı bəyanata təəssüfləndim"


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Barak Obamanı Türkiyənin mətbuat azadlığı göstəricisini tənqid edərək onun arxasınca danışmaqda ittiham edib və bunu Türkiyəni bölmək səyləri ilə əlaqələndirib.

Mətbuatın verdiyi məlumata görə, Obama Ərdoğanla cümə günü baş tutan görüşdən sonra Türkiyədə mətbuata basqılardan ciddi narahat olduğunu və Ərdoğanı ölkəsində demokratik debatları boğmamağa çağırdığını deyib.

Türkiyə iki jurnalisti dövlətə xəyanətdə ittiham edərək bu sahədə beynəlxalq diqqəti öz üzərinə çəkib. Jurnalistlər video yayaraq 2014-cü ilin əvvəllərində Türkiyə kəşfiyyat agentliyinin Suriyadakı müxalif döyüşçülərə silahla dolu yük maşınları göndərdiyini bildirib. Günahları təsdiq olunduğu təqdirdə Can Dündar və Ərdəm Gülü ömürlük həbs cəzası gözləyir.

"Mənim arxamca açıqlanan bəyanata çox təəssüfləndim. Obama söhbətim zamanı bu məsələlər barədə müzakirə olmayıb" - deyə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. Ərdoğan 5 günlük Vaşinqton səfərini başa vuraraq bu gün vətənə qayıdıb.

"Təhqir və təhdidi mətbuat azadlığı və tənqid hesab edə bilməzsiniz" - deyə Ərdoğan açıqmasında bildirib.

XS
SM
MD
LG