Accessibility links

Prezident Obama mətbuat konfransı keçirib

  • Amerikanın səsi

Prezident Obama mətbuat konfransı keçirib

Prezident Obama mətbuat konfransı keçirib

Yaxınlaşan Konqres seçkilərində demokratların Konqresdə nəzarəti itirə biləcəklərinin irəli sürüldüyü bir zamanda prezident iqtisadi vəziyyətin yaxşılaşdırılmasına üstünlük verəcəyini deyib. Respublikaçılar isə prezidentin iqtisadi siyasətlərinin bütcə kəsrini artırdığını buna baxmayaraq yeni iş yerlərinin yaranmasına kömək etmədiyini deyirlər.

Prezident Obama bu gün Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, hökumət proqramının tamamı ABŞ iqtisadiyatına təkan vermək və yeni iş yerləri yaradılması məsələri üzərində mərkəzləşib. O iqtisadi tənəzzüldən çıxışın uzun və ağır bir proses olduğunu bu müddət ərzində milyonlarla Amerikalının işini itirdiyini qəbul edib.

Cənab Obama mətbuat konfransında deyib ki, onun siyasətləri orta sinifə kömək etmək məqsədi daşıyır. O çıxışında respublikaçıları varlıları himayədə ittiham edərək onların iqtisadi tənəzzülə səbəb olan siyasətlərə qayıtmaq istədiklərini söyləyib. ABŞ prezidenti buna baxmayaraq iqtisadi vəziyyətin yaxşılaşma tempinin yavaş olmasına görə əhalinin onu günahlandırmasını başa düşdüyünü qeyd edib.

Respublikaçılar isə prezidentin iqtisadi siyasətlərinin bütcə kəsrini artırdığını ancaq yeni iş yerləri yaranmasına kömək etmədiyini deyirlər.

ABŞda iqtisadi vəziyyətə görə Noyabrda Konqresə keçiriləcək seçkilərdə Demokratların xeyli seçki dairəsində uduzacaqları təxmin edilir. Bəzi exspertlər həmin seçkilərdə Respublikaçıların Senatda, hətda Nümayəndələr Palatasında nəzarəti ələ keçirə biləcəklərini deyirlər. Hazırda iki palatada da Demokratlar əksəriyyət təşkil edir.

XS
SM
MD
LG