Accessibility links

Prezident Obama Texasdakı çıxışlarında miqrasiya islahatlarına çağırdı

  • Bulut Mehmandarli

Prezident Obama Texasdakı çıxışlarında miqrasiya islahatlarına çağırdı

Prezident Obama Texasdakı çıxışlarında miqrasiya islahatlarına çağırdı

Birləşmiş Ştatların miqrasiya problemi iki mühüm hissədən ibarətdir. Bunlardan birincisi ölkəyə çoxu Meksika sərhəddini keçərək gələn immiqrant axınının qarşısını almaqla sərhədlərin təhlükəsizliyini təmin etməkdir. Problemin ikinci hissəsi isə hazırda Amerikada qeyri-qanuni olaraq yaşayan təqribən onbir milyon mühacirin statatusu məsələsidir. Çoxu Latın Amerikası ölkələrindən olan və ölkədə qanunsuz olaraq yaşayan bu qədər insanın gələcəyi barədə fərqli fikirlər irəli sürülür.

Prezident Barak Obama bu gün Texas ştatının Meksika ilə sərhəddində yerləşən Əl Paso və Texasın paytaxtı Austın şəhərlərindəki çıxışlarında Birləşmiş Ştatlarda miqrasiya sahəsində əhatəli islahatların aparılmasına çağırdı. Birləşmiş Ştatlarla Meksika arasındakı ən mühüm sərhəd keçid məntəqələrindən biri Əl Paso şəhərində yerləşir və bu şəhərdə ümumiyyətlə Texas ştatında çoxlu meksikalı və başqa Latın Amerikası ölkələrindən olan mühacirlər yaşayır.

Birləşmiş Ştatların miqrasiya problemi iki mühüm hissədən ibarətdir. Bunlardan birincisi ölkəyə çoxu Meksika sərhəddini keçərək gələn immiqrant axınının qarşısını almaqla sərhədlərin təhlükəsizliyini təmin etməkdir. Problemin ikinci hissəsi isə hazırda Amerikada qeyri-qanuni olaraq yaşayan təqribən onbir milyon mühacirin statatusu məsələsidir. Çoxu Latın Amerikası ölkələrindən olan və ölkədə qanunsuz olaraq yaşayan bu qədər insanın gələcəyi barədə fərqli fikirlər var.

Prezident Obama Texasdakı çıxışlarında miqrasiya islahatlarına çağırdı

Prezident Obama Texasdakı çıxışlarında miqrasiya islahatlarına çağırdı

Bəzi mühafizəkar qruplar ölkəyə sənədsiz və vizasız daxil olaraq yaxudda vizalarının vaxdı keçdiyi halda öz ölkələrinə qayıtmamaqla ABŞ qanunlarını pozduqlarına görə onların deportasiyasını istəyir. Başqa mühfizəkarlar və liberalların çoxu isə çoxu uzun illər Amerikada yaşamış başqa qanunları pozmamış milyonlarla insanın ölkədən çıxardılmasını isdəmir.

Onlar belə qanunsuz mühacirlərin cərimə ödəmək və ölkəyə daxil olmaqla bağlı başqa şərtləri yerinə yetirməklə Amerikada yaşamasına imkan tanınmasına üstünlük verirlər. Yerinə yetirilməsi tələb ediləcək şərtlərin nələr olacağı barədə isə çox fərqli planlar irəli sürülür. Misal üçün belə planlardan biri həmin adamların öz ölkələrinə qayıdıb Amerikaya gəlmək üçün viza almalarıdır.

Bu məsələnin nə şəkildə öz həllini tapacağı isə artıq Birləşmiş Ştatlarda ən iri etnik qrup olan ispan dilli seçicilər üçün olduqca mühümdür.

Prezident Obama Texasdakı çıxışlarında miqrasiya islahatlarına çağırdı

Prezident Obama Texasdakı çıxışlarında miqrasiya islahatlarına çağırdı

Prezident Obama Texasdakı çıxışında respublikaçıları mühacirət məsələsinin həlli üçün əməkdaşlığa çağırsa da respublikaçıların rəhbərlərinin bu çağırışa rəaksiyası prezident Obama və demokratlar üçün o qədər də ümid verici görünmür. Belə ki, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçıların məsələnin necə həllini tapması barədə öz planları və şərtləri var ki, şərhçilər bu vəziyyətin prezidentin immiqrasiya sahəsində nəzərdə tutduğu islahatların həyata keçirilməsini olduqca çətinləşdirəcəyi fikrindədirlər.

Barak Obama geniş miqyaslı islahatların həyata keçirilməsi ilə ölkə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini və ölkədə yaşayan təqribən onbir milyon qanunsuz mühacirə qanuni status verilməsini nəzərdə tutur.

XS
SM
MD
LG