Accessibility links

Obama Bağdada 275 ABŞ əsgəri göndərir


Birləşmiş Ştatlar prezidenti Barak Obama Bağdaddakı ABŞ səfirliyi və oradakı işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün İraqa 275 nəfərdən ibarət hərbi qüvvə göndərilməsi haqda göstəriş verib.

Konqresə göndərdiyi bildirişdə cənab Obama məsələnin İraq hökuməti ilə razılaşdırıldığını deyib.

Quru qüvvələrin yenidən İraqa göndərilməsini istisna edən cənab Obama digər variantları müzakirə etmək üçün özünün milli təhlükəsizlik komandası ilə görüşüb.

Buraya eləcə də, İraqın şimal bölgəsinin böyük hissəsinin nəzarətini ələ alan və Bağdadı da ələ keçirəcəklərinə and içən sünni yaraqlılara qarşı hava hücumları da daxildir.

ABŞ İranla da əməkdaşlıq etməyi istisna etmir. Lakin Pentaqon İraqda nə baş verirsə versin, İranla hərbi əməkdaşlığın mümkün olmadığını deyir.
XS
SM
MD
LG