Accessibility links

ABŞ-ın keçmiş birinci xanımı Betti Ford dünyasını dəyişib

  • Amerikanın səsi

Keçmiş prezident Corc Buş, keçmiş prezident Cerald Ford və keçmiş birinci xanım Betti Ford 2006-cı ildə Kaliforniyada

Keçmiş prezident Corc Buş, keçmiş prezident Cerald Ford və keçmiş birinci xanım Betti Ford 2006-cı ildə Kaliforniyada

ABŞ-ın keçmiş birinci xanımı Betti Ford 93 yaşında dünyasını dəyişib. Birləşmiş Ştatların keçmiş prezidenti Cerald Fordun həyat yoldaşı olan Betti Ford qaqın hüquqlarının müdafiəçisi kimi tanınırdı. Xanım Ford 1918-ci ildə Çikaqoda anadan olmuşdu. 20-ci illərdə o, Nyu-Yorka köçmüş, orada rəqqasə və model kimi çalışmışdı. Xanım Ford sabiq prezident Cerald Fordla onun 1948-ci ildə Konqresə seçilməsindən əvəl evlənmişdi. 1974-cü ildə prezident Riçard Niksonun istefasına gətirib çıxarmış Outergeyt qalmaqalından sonra Cerald Ford prezident olmuşdu. Birinci xanım Betti Ford döş xərçəngi xətəsi olduqdan sonra xəstəliyin müalicəsi və ilkin müayinəsi məsələlərinə xüsusi önəm verirdi.

XS
SM
MD
LG