Accessibility links

Dünya ölkələrində korporasiyalar əleyhinə nümayişlər keçirilir

  • Amerikanın səsi

Dünya ölkələrində korporasiyalar əleyhinə nümayişlər keçirilir

Dünya ölkələrində korporasiyalar əleyhinə nümayişlər keçirilir

Romada dünyanın bir sıra ölkələrində olduğu kimi korporasiyalar əleyhinə “Uoll Striti Zəbt edin” şuarı altında keçirilən nümayiş zorakılıqla müşayiət olub. Şəhərin küçələrində nümayişçilərin əsas qrupundan ayrılan bir dəstə şüşələri sındırmağa və yanğın törətməyə başlayıb. Roma küçələrində çox sayda polis yerləşdirilib.

Londonda Müqəddəs Pol kafedralı yaxınlığında yüzlərlə insanın toplaşdığı nümayiş zamanı polis və nümayişçilər arsında qarşıdurma yaranıb. Nümayişlər habelə Avstraliya, Yeni Zelandiya, İspaniya, Almaniya və dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və süərtlə inkişaf edən ölkələrinin maliyyə nazirlərinin görüşdüyü Fransada keçirilib.

Etiraz nümayişləri Birləşmiş Ştatlar paytaxtı Vaşinqtonda, Nyu-Yorkda və başqa şəhərlərdə davam etdirilir. Nümayişçilər zənginlər və yoxsullar arasında qeyri-bərabərliyə etiraz edir.

XS
SM
MD
LG