Accessibility links

Mixail Saakaşvili: `Mən istefa verərək, yeni mübarizə dövrünə qədəm qoyuram`


Ukraynanın korrupsiyaya son qoymaq üçün Odessa şəhərinə qubernator təyin etdiyi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili istefa verib. O, istefaya səbəbin korrupsiyanın Kiyev hökumətinin yüksək təbəqələrində olduğunu bildirib.

Cənab Saakaşvilini bu vəzifəyə keçən il prezident Petro Poroşenko bu liman şəhərini bürüyən müşəşəkkil cinayətkarlıqdan təmizlənməsi məqsədilə təyin etmişdi.

Lakin bazar ertəsi cənab Saakaşvili prezident Poroşenkonun əməl etmədiyi vədlərindən təngə gəldiyini dilə gətirib. "Mən istefa verərək, yeni mübarizə dövrünə qədəm qoyuram."

Mən təslim olmayacağam. Onlar məndən qurtara bilməyəcəklər.

Ukraynadakı vəzifəsinə görə Gürcüstan vətəndaşlığından imtina edən təyin olunan cənab Saakaşvili Odessada müxbirlərə deyib ki, prezident şəxsən özü Odessa regionunda hökumətlə birbaşa əlaqəsi olan iki cinayətkar qruplaşmanın arxasında durur.

"Prezident şəxsən iki klanı dəstəkləyir," Saakaşvili bildirib. "Odessa yalnız onda inkişaf edə bilər ki, Kiyev bu rüşvətxorlardan, mütəşəkkil cinayət şəbəkələrindən və dərəbəylikdən azad edilsin."

Hazırkı hökumətin Maydan hərəkatı ideyalarına xəyanət etdiyini vurğulayan sabiq Gürcüstan islahatçısı Ukraynaya qanun aliliyi gətimrək üçün sonadək mübarizə aparacağını bəyan edib.

Prezident şəxsən iki klanı dəstəkləyir. Odessa yalnız onda inkişaf edə bilər ki, Kiyev bu rüşvətxorlardan, mütəşəkkil cinayət şəbəkələrindən və dərəbəylikdən azad edilsin.

Ukrayna prezidenti Petro Poroşenko cənab Saakaşvilinin istefası ilə bağlı heç bir açıqlama verməyib. Lakin əvvəllər onun tərəfdarları keçmişdə prezidentin tənqidçilərini öz uğursuzluqlarının məsuliyyətini hökumətin boynuna yıxmaqda günahlandırıb.

2004-cü ildə Qızılgül İnqilabının ardınca Gürcüstanda hakimiyyətə gəlmiş ABŞ təhsilli Mixail Saakaşvili həmin ölkədə nəhəng siasi-iqtisadi islahatlar aparmağa nail oldu. Saakaşvilinin kommunist ənənələrinə qarşı yönəlik islahatları nəticəsində sabiq sovet respublikasında bir çox korrupsiya mənbələri qapadıldı, qanun aililiyinin bərpası yönümündə nailiyyətlər əldə edildi.

XS
SM
MD
LG