Accessibility links

Professor Odri Alştadt: Əliyev hökuməti vətəndaş cəmiyyətini qorusaydı, radikalizmin cəlbedici qüvvəsi azala bilərdi


Amerika Birləşmiş Ştatlarında müstəqil Azərbaycanın ilk tədqiqatçılarından biri olan professor Odri Alştatdt radikal islam ideologiyasının Azərbaycan üçün potensial təhlükə yarada biləcəyini bildirib. “National Interest” (Milli Maraq) jurnalında dərc edilmiş məqalədə xanım Alştadt qeyd edib ki, İslam Dövləti qrupunun Suriya və İraqda fəaliyyətləri diqqət mərkəzində olduğu bir zaman islamçı ekstremist hərəkatlarının strateji baxımdan həssas Cənubi Qafqaz regionu və neftlə zəngin Azərbaycana mümkün təsiri məsələsinə kifayət qədər diqqət göstərilmir. Tədiqatçı alim İŞİD-ə qarşı kürd muxtariyyəti planının Cənubi Qafqaz və regionda separatçı hərəkatlara mümkün təsirlərini şərh edib.

Professor Odri Alştadt
Professor Odri Alştadt

Professor Alştatd İŞİD-in Azərbaycan üçün hansı təhlükə yarada biləcəyi sualını təhlil edərək, Azərbaycanın İraq kimi ölkələrdən demoqrafik, siyasi və sosial struktur baxımından fərqli cəhətlərini göstərib. O, din və ya dini ritorikanın bir əsrdən artıqdır Azərbaycan siyasətinin amillərindən biri olmadığını yazıb: “Əsas etibarilə şiələrdən ibarət olan Azərbaycan əhalisi türk mənşəlidir. Şiə-sünni əməkdaşlığı, cəmiyyətdə yenilikçilik və dünyəvi qrupların meydana gəlməsinin tarixi 19-cu əsrə gedib çıxır. Azərbaycanın reformistləri 1918-20-ci illərdə qısa müddətə qələbə əldə etmişdi.”

"Birincisi, radikalizm yoxsulluq və ədalətsizlikdən doğan narazılıqdan qaynaqlanır. Neftlə zəngin olması və Bakının müasirləşməsinə baxmayaraq, iqtisadi, sosial və siyasi qeyri-bərabərlik Azərbaycanda islamçı ideologiyaya həssaslığı artırır"-Odri Alştadt

Professor Alştadt yazan Azərbaycanda dini tolerantlığın təkcə Rusiya və Ukraynada poqromlardan sonra Azərbaycana gəlmiş böyük yəhudi icmasına münasibətdə deyil, xristan əhaliyə də göstərildiyini qeyd edib. O, ermənilərin Bakıdan getməsi və erməni kilsəsinin bağlanmasını xristianlara qeyri-tolerant münasibət deyil, Daölıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə izah edilməli olduğunu göstərib.

Lakin bütün bunlara baxmayaraq, professor Alştadt yazıb ki, Azərbaycanın radikal islam ideologiyasının təsirinə məruz qalmayacağı haqda da fikir söyləmək tezdir. O, şimali Qafqazdan gələn radikalizm dalğasının Azərbaycanın şimal bölgələrini bürüməsi perspektivlərinin dumanlı göründüyünü, lakin bununla belə sünni əhalinin özünü bundan çətin təcrid edə biləcəyini bildirib. Tədqiqatçı alim Əliyev rejiminin bütün dini qrupları vəhhabi və ya sələfi kimi tanımasının da xeyri olmadığını və dindarların heç bir fərq qoyulmadan təqiblərə məruz qaldığını yazıb.

Professor Alştadtd qeyd edib ki, ekstremist islamçı qrupun təhlükə yaratması üçün onun böyük olması vacib deyil. O, islam ideologiyası təhlükəsinin yaranması üçün iki əsas amili göstərib: “Birincisi, radikalizm yoxsulluq və ədalətsizlikdən doğan narazılıqdan qaynaqlanır. Neftlə zəngin olması və Bakının müasirləşməsinə baxmayaraq, iqtisadi, sosial və siyasi qeyri-bərabərlik Azərbaycanda islamçı ideologiyaya həssaslığı artırır. Bakının mərkəzindən başqa, yoxsulluq barizdir. Sovet dövrü təhsil almış insanlar yeni sənaye sahələrində iş tapma bilmir və çox vaxt öz uşaqlarını daha yaxşı təhsillə təmin etmir.”

"Rejimin cəmiyyətdə açıq müzakirələr və hətta az səviyyədə fikir ayrılığına imkan verməməsi dinc dialoqun aparılmasının qarşısını alır və ekstremizmin yayılmasına yol açır" Odri Alştadt

Professor Alştadt, Azərbaycanda bütün səviyyələrdə korrupsiyanın olduğunu qeyd edərək bildirib ki, rejimin korrupsioner və ədalətsiz olduğu haqda təsəvvür insanları ənənəvi mənəviyyat və əxlaq sisteminə yönəldə bilər.

Professor Alştadt islam ideologiyası təhlükəsinin yaranması üçün ikinci əsas amili təhlil edib:“Rejimin cəmiyyətdə açıq müzakirələr və hətta az səviyyədə fikir ayrılığına imkan verməməsi dinc dialoqun aparılmasının qarşısını alır və ekstremizmin yayılmasına yol açır. Son illər hökumətin demokratik müxalifət partiyalarını kiçiltməsi də daxil olmaqla, repressiyaları artırması ilə yadda qalıb. Onların ofisləri və mətbu orqanları ya şəhərdən kənara köçürülüb, ya da bağlanıb. Seçki yürüşlərinin qarşısı alınıb. Beynəlxalq müşahidəçilər tərəfindən nə azad, nə də ədalətli kimi qiymətləndirilməyən 2010-cu il partlament seçkiləri müxalifət partiyalarının bütünlüklə Milli Məclisdən çıxarılmasına gətirib çıxardı. Demokratik müxalifətin özünü ifadə edə bilməməsi və bunun dəyişməməsi ilə ictimai marağın islamçı qruplara yönələcəyini istisna etmək olmaz ."

Professor Alştadt Azərbaycanda insan haqları müdafiəçiləri, blogerlər və jurnalistlərin təqiblərə məruz qalması, döyülməsi və həbs edilməsini, xüsusilə də beynəlxalq səviyyədə tanınmı hüquq müdafiəçisi Leyla Yunusla həbsdə pis rəftarın şok doğurduğunu yazıb. O, Amnesty International, Freedom House, ATƏT və başqa qrupların hesabatlarının rəsmi Bakı tərəfindən Azərbaycan əleyhinə kimi qiymətləndirildiyini qeyd edib. “Rejim xüsusilə də Rusiyaya qarşı və terrorçulardan müdafiə olunmaq üçün müstəqilliyini qorumaq üçün təhlükəsizlik tələblərini vurğualyır. Bunlar həqiqətən də hədələrdir. Lakin insan haqları qruplarının və bloggerlərin Azərbaycanın müstəqilliyinə təhlükə yaratdığına inanmaq çətindir”-deyə Odri Alştadt qeyd edib.

"Rejim xüsusilə də Rusiyaya qarşı və terrorçulardan müdafiə olunmaq üçün müstəqilliyini qorumaq üçün təhlükəsizlik tələblərini vurğualyır. Bunlar həqiqətən də hədələrdir. Lakin insan haqları qruplarının və bloggerlərin Azərbaycanın müstəqilliyinə təhlükə yaratdığına inanmaq çətindir" Odri Alştadt

Professor Alştadt yazıb ki, regionda təhlükə təkcə dini ekstremizm gəlmir və İŞİD-ə qarşı mübarizə taktikasında kürd muxtariyyəti ideyasından istifadə edilməsi eyni dərəcədə təhlükəli ola bilər. O, Qərb təhlilçilərinin çox az hissəsinin kürd muxtariyyətinin daha geniş region və xüsusilə də Cənubi Qafqaz bölgəsinə mümkün təsirlərinə diqqət verdiyini yazıb. Onun fikrinə görə, İraq kürdləri üçün belə bir həll yolu təkcə Türkiyədə kürdlər deyil, İranda da kürdlərin tələblər irəli sürməsinə gətirib çıxara bilər, separatçı hərəkatların genişlənməsinin isə Cənubi Qafqazın hər bir ölkəsinə təsiri ola bilər.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Odri Alştadt yazıb ki, rəsmi Moskvanın Ermənistanla həm hərbi, həm də bu yaxınlarda ticarət sahəsində müqavilələrinə görə Azərbaycan Rusiyanın vasitəçiliyindən narahat olmalıdır. Azərbaycanın əsas müttəfiqi olan NATO üzvü Türkiyə həm kürdlər, həm də ermənilərin ərazi iddiaları ilə qarşılaşıb, qonşu Gürcüstan isə Rusiya tərəfindən dəstəklnən etnik azlıqların tələblərinə müqavimət göstərməyə çalışır. “Rusiya prezidenti Vladimir Putinin bu ilin əvvəli Ukraynada revanş götürməsi Rusiyanın etnik rusları qorumaq adı ilə qonşu suveren ölkənin ərazisini cəzalandırılmadan ələ keçirə bildiyini göstərdi. Nə Gürcüstan, nə də Cənubi Qafqazın başqa ölkəsində böyük sayda etnik rus yoxdur, lakin Rusiya artıq osetiyalıları müdafiə etdiyini irəli sürüb və bunu müttəfiq ermənilər, ya da başqaları ilə də edə bilər”- professor Alştadt yazıb.

"Rusiya prezidenti Vladimir Putinin bu ilin əvvəli Ukraynada revanş götürməsi Rusiyanın etnik rusları qorumaq adı ilə qonşu suveren ölkənin ərazisini cəzalandırılmadan ələ keçirə bildiyini göstərdi. Nə Gürcüstan, nə də Cənubi Qafqazın başqa ölkəsində böyük sayda etnik rus yoxdur, lakin Rusiya artıq osetiyalıları müdafiə etdiyini irəli sürüb və bunu müttəfiq ermənilər, ya da başqaları ilə də edə bilər" Odri Alştadt

O, separatçı hərəkatların təkcə Cənubi Qafqaz bölgəsi deyil, İranda da özünü göstərə biləcəyini qeyd edərək, rəsmi Tehranın kürdlərin separatçı hərəkatının İranın şərqində Azərbaycan türklərinin ruhlandıracağından qorxduğunu qeyd edib. Professor Alştadt Azərbaycanın sovet dövründən sonra ik prezideti olmuş Əbülfəz Elçibəy tərəfindən hərəkata dəstək verilməsini Bakı və Tehran arasında mübahisələrin əsas mövzusu adlandırıb. Onun fikrincə, şimal-şərqdə separatçı hərəkatlardan zərər görə biləcək İran İŞİD-in Mosuldan öz istiqamətini Bakıya götürməsinin mərkəzində dayanır. O qeyd edib ki, Ukraynada Krımda öz müqəddaratını müəyyən etmək hüququ kartından istifadə edən Rusiyanın eyni arqumenti Gürcüstan və Azəbraycanı zəiflətmək və Ermənistana dəstək vermək üçün irəli sürə bilər. Bütün bunları ciddi təhlükə adlandıran professor Alştadt məqaləni bu fikirlə bitirir:”Rusiyanın müdaxiləsi region və xüsusilə də Gürcüstan və Azərbaycan üçün ən böyük təhlükədir. Lakin islam ekstremizmi təhlükəsi Azərbaycandan daha real informasiya olmadan dəyərləndirilə bilməz. Əliyev hökuməti vətəndaş cəmiyyəti qurub onu müdafiə etsə idi radikalizmin cəlbedici qüvvəsi azala bilərdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG