Accessibility links

Beynəlxalq Şəffaflıq təşkilatı bunun üçün internetə çıxış və kredit kart lazım olduğunu yazır

Bu yaxınlarda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aşkar edilən kütləvi "Offshoreleaks" sənədləri dünyada rezonansa səbəb oldu.

Araşdırılan ofşor şirkətlərin sahibləri arasında dünya boyu bir çox yüksək vəzifəli siyasətçilər və onların ailə üzvləri yer alır.


Ofşor şirkəti yaratmaq neçəyə başa gəlir?

Transperance.org-dan Maks Heyvud apardığı araşdırmaya görə, internet bağlantısı, bir dənə kredit kart və cəmi 690 avro pul ilə 10 dəqiqə ərzində ofşor şirkət yaratmaq mümkündür. Araşdırmada ofşor xidmət təklif edən iki on-layn provayder şirkətin fəaliyyətinə nəzər salınır.

İlk olaraq Londonda olan Koldvel adlı hüquq şirkətinin sahib olduğu www.offshorecompanyexperts.com saytından söhbət açılır. Veb səhifə təklif etdiyi xidmətləri açıq-aydın yazır:

"Ofşordan istifadə etməyin üstünlükləri: Gizlilik, məhdud məsuliyyət, əmlakın mühafizəsi, vergidən yayınma".

"Biz xüsusilə Seyşel adalarını məsləhət görürük".

Qısa izahatdan sonra isə şirkət yaratmaq üçün lazımi addımlar göstərilir. "Bu, təyyarə bileti almaq kimi asan bir addımdır" - deyə müəllif yazır.

- €690 – Seyşeldə şirkət yaratmaq üçün lazım olan xərc. Buraya sertifikatın əldə olunması, idarə heyəti iclası, ofis kirayəsi üçün qətnamə və direktorların registrasiyası daxildir;

- €390 – "Gizliliyin qorunması qalxanı" üçün əlavə ödəniş;

- €390 – Ofşor şirkət üçün bank hesabı açmaq xərci;

- €49 - Şirkətin nüfuzlu görünməsi üçün logo, möhür, və s. əldə olunması üçün ödəniş;

- €2000 – Digər xərclər.

Müəllif yazır ki, daha sonra şirkət yaratmaq üçün lazım olan ən əsas və ən son addım şəxsi məlumatın və kredit kart məlumatlarının sistemə daxil edilməsindən ibarətdir.

Məqalədə habelə başqa alternativ yolların olduğu da deyilir. Belə ki, ocra.com vasitəsilə Tayvandan Avropa Birliyinə əmtəə idxal etmək üçün Kiprdə şirkət yaratmaq olar. Britaniyanın Vircin Adalarında şirkət yaratmaqla isə gəlir vergisindən yayınmaq mümkündür.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG