Accessibility links

İran məhkəməsi “Oğuz Kaan” adının qeyri-müsəlman olduğu haqda rəy verib


Oğuz Kaan 2011 avqustunun 24-də dünyaya gəlib
Oğuz Kaan 2011 avqustunun 24-də dünyaya gəlib

İran qurumları 3 il yarım öncə Qərbi Azərbaycan vilayətində dünyaya gələn Oğuz Kaana bu günə qədər şəxsiyyət vəsiqəsi verməyib

İran dövlət qurumları adının “əsil İslam toplumunun mədəniyyətinə zidd” olduğunu irəli sürərək 3 il yarım öncə Qərbi Azərbaycan vilayətində dünyaya gəlmiş Oğuz Kaan adlı uşağa bu günə qədər şəxsiyyət vəsiqəsi (kimlik) verməyib.

Oyan News saytına istinadən, Qərbi Azərbaycan vilayətinin Makı (Maku) şəhərində yaşayan Feyzullahnejad ailəsinin 2011 avqust ayından bəri övladlarına şəxsiyyət vəsiqəsi almaq üçün göstərdiyi cəhdlər nəticəsiz qalıb.

Məhkəmə sənədinin təsviri
Məhkəmə sənədinin təsviri

Yayılan məlumata görə, İranın vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsinin Makı şöbəsi türkcə Oğuz Kaan adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etdikdən sonra, uşağın atası məhkəməyə müraciət edərək idarədən şikayət edib. Amma məhkəmədən çıxan hökmdə də dövlət qurumunun mövqeyi əks olunub.

Oyan News Makı şəhəri ümumi məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan məhkəmə sənədinin təsvirini nəşr edib. Sənəddə yazılanlar bunlardır:

“Şikayətçi Sadıq Feyzullahnejad vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsi Makı şöbəsinin oğluna seçdiyi adı qəbul etmədiyini iddia edir. Cavabdeh isə seçilən adın İslam və şəriət mədəniyyətinin qəbul etdiyi adlar daxilində olmadığı və əsil İslam toplumunun mədəniyyətinə zidd olduğunu bildirir... Məhkəmə araşdırmadan sonra, seçilən adın təsdiq edilən adlar siyahısında mövcüd olmadığı üçün cavabde qurumun haqlı olduğuna və şikayətin ləğvinə qərar verir.”

“Oğuz Kaanın ailəsi övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyi təqdirdə səhiyyə xidmətləri və vətəndaşlıq hüququndan məhrum qalacağından narahatdır”-deyə Oyan News qeyd edib.

XS
SM
MD
LG